Mənim hovuzum bir aylıq yol məsafəsi qədər böyükdür, suyu süddən daha ağdır, qoxusu miskdən daha gözəldir

Mənim hovuzum bir aylıq yol məsafəsi qədər böyükdür, suyu süddən daha ağdır, qoxusu miskdən daha gözəldir

Abdullah bin Amrdan (Allah onların ikisindən də razı olsun) Allah rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: Mənim hovuzum bir aylıq yol məsafəsi qədər böyükdür, suyu süddən daha ağdır, qoxusu miskdən daha gözəldir, qədəhləri göyün ulduzları qədər çoxdur, ondan içən kəs heç zaman susamaz.

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Allah rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Qiyamət günü öz hovuzundan bəhs edərək, onun uzunluğu və genişliyinin bir ay gedəcək qədər böyüklükdə olduğu barədə xəbər verir. həmçinin suyunun süddən daha bəyaz, ondan gələn qoxunun miskdən daha gözəl, Qədəhlərinin səma ulduzları qədər çox, bu qədəhlərdən içənin isə heç zaman susuzlamaycağını xəbər vermişdir.

فوائد الحديث

Allah rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) hovuzu, onun ətrafında Qiyamət günü ümmətinin möminlərinin toplaşacağı böyük su hövzəsidir.

hovuzdan içən kəs böyük nemətə nail olur, o heç zaman susamayacaq

التصنيفات

Axirət gününə iman