إعدادات العرض
Hər şey qədərdəndir. Hətta acizlik və çalışqanlıq da yaxud çalışqanlıq və acizlik də
Hər şey qədərdəndir. Hətta acizlik və çalışqanlıq da yaxud çalışqanlıq və acizlik də
Tavusdan belə dediyi rəvayət edilir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) sahabələrindən bir çox insana yetişdim ki, onlar -"Hər şey qədərdəndir" -deyirdilər. Dedi: Abdullah bin Ömər (Allah onların hər ikisindən razı olsun) belə dediyini eşitdim: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Hər şey qədərdəndir. Hətta acizlik və çalışqanlıq da yaxud çalışqanlıq və acizlik də".
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski සිංහල हिन्दी Tiếng Việt Hausa മലയാളം తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Kurdî Oromoo Soomaali Français Wolof Tagalog Українська தமிழ் bm Deutsch ქართული Português Македонски Magyar فارسی Русский 中文الشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etdi ki, hər şey qədərdəndir. Hətta acizlik qədərdəndir, və bu - dünya və axirət məsələlərində, vacib olan əməlləri tərk edib, bu əməllərin tətbiqini gecikdirmək, vaxtını uzatmaqdır. Eyni zamanda çalışqanlıq da qədərdəndir və bu- dünya və axirət işlərində mahir və aktiv olmaqdır. İzzət və Cəlal sahibi olan Allah , acizliyi, aktivliyi və hər şeyin qədərini təsbit etmişdir. Yaradılışda olan hər şey Allahın öncədən bildiyi elminə və istəyinə görə gerçəkləşirفوائد الحديث
Sahabələrin (Allah hamısından razı olsun) qədər məsələsində etiqadlarının bəyanı.
Hər şey, hətta acizlik və çalışqanlıq da Allahın qədəriylə hasil olur.
Sahabələrin (Allah hamısından razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) hədisinin nəqlində dəqiqləşdirmək xisləti və ehtiyatlı davranmaları.
Qədərin bütün xeyir və şərrinə iman gətirmək.