إعدادات العرض
Kitab əhlinin sözlərini nə doğru qəbul edin, nə də yalanlayın və deyin : {Biz Allaha və bizə nazil olana iman gətirdik.}
Kitab əhlinin sözlərini nə doğru qəbul edin, nə də yalanlayın və deyin : {Biz Allaha və bizə nazil olana iman gətirdik.}
Əbu Hureyradan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Əhli-kitab tövratı ivrit dilində oxuyur və ərəb dilində müsəlmanlara təfsir edərdilər. Bunun üzərindən Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: Kitab əhlinin sözlərini nə doğru qəbul edin, nə də yalanlayın və deyin : {Biz Allaha və bizə nazil olana iman gətirdik.} [Əl bəqərə: 136].
[Səhih] [Əl-Buxari rəvayət etdi]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski සිංහල हिन्दी Tiếng Việt Hausa മലയാളം తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Kurdî Wolof Soomaali Français Oromoo Tagalog Українська தமிழ் bm Deutsch ქართული Português mk Magyar ln Русскийالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ümmətini, kitab əhlinin kitablarındakı rəvayətlərə aldanmaqdan çəkindirmişdir. Belə ki, yəhudilər Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) zamanında tövratı öz dilləri olan ivritlə oxuyub, ərəbcə təfsir edərdilər. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: Əhli kitabdan nə doğrunu qəbul edin, nə də onları yalanlayın. Onun bu sözləri, kitab əhlindən gələn rəvayətlərdə doğrunun yalandan ayırd olmamasına görədir. Çünki uca Allah bizə, Qurana və onlara endirilən kitaba iman gətirməyimizi əmr edib. Lakin, onların öz kitablarından rəvayət etdiklərindən hansının doğru və hansının yalnış olmasını bildirən bir sübut-dəlil şəriətimizdə gəlməyibsə, bu xəbərlərin doğrusunu yalnışından ayırmağın yolu yoxdur. Ona görə də, bu mövqedə qalırıq, onların təhrif etdikləri məsələlərdə ortaq olmamaq üçün həmin şeyləri təsdiq etmirik və ya bu şeylərin doğru ola biləcək ehtimalını yalanlamırıq ki, səhvən, iman gətirməyimizə əmr olunan şeyi inkar etməyək. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə deməyimizi əmr edib: ( Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!) (Əl-bəqərə 136)فوائد الحديث
Kitab əhlindən olan xəbərlər üç qismə bölünür:
1. Quran və sünnəyə müvafiq olduğu üçün təsdiqlənən.
2.Quran və sünnəyə müxalif olduğu üçün batil olan və yalanlanan.
3. Quran və sünnədə doğruluğuna və ya yalan olmasına dair dəlil olmayan qismdir ki, bu rəvayət edilir, lakin nə doğru, nə də yalan sayılar.