Azanı eşitdikdə müəzzinin dediklərini təkrar edin

Azanı eşitdikdə müəzzinin dediklərini təkrar edin

Əbi Səid Əl-Xudridən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: " Azanı eşitdikdə müəzzinin dediklərini təkrar edin".

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) müəzzini eşidərkən ona cavab verməyə təşviq etmişdir. Bu müəzzinin dediyinin ardınca cümlə cümlə təkrarlamağımızdir. Müəzzin təkbir edib Allahu əkbər dedikdə, biz də onun ardınca Allahu Əkbər deyirik, şəhadət kəliməsini söylədikdə ardınca biz də şəhadət kəliməsini söyləyirik. (Həyyə aləssaləh (Namaza tələsin), həyyə aləlfələh (nicata tələsin)) kəlmələri istisnadır: Bunlardan sonra: Allahdan başqa heç bir qüdrət və güc sahibi yoxdur" deyilməlidir.

فوائد الحديث

Hədisin ümumi mənasına görə, bir neçə müəzzin olsa, birinci müəzzin bitirdikdən sonra ikinci müəzzinin ardınca təkrarlamaq məqsədə uyğundur.

Ayaqyolunda və təbii ehtiyacı ödəmək istisna olmaqla, müəzzinə hər bir halda cavab verir.

التصنيفات

Azan və iqamə