إعدادات العرض
İnsan dostunun dini üzərindədir və sizdən hər biriniz kiminlə dostluq etdiyinə baxsın
İnsan dostunun dini üzərindədir və sizdən hər biriniz kiminlə dostluq etdiyinə baxsın
Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "İnsan dostunun dini üzərindədir və sizdən hər biriniz kiminlə dostluq etdiyinə baxsın".
[Həsən] [Əbu Davud, Ət-Tirmizi,Əhməd]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Kiswahili Português සිංහල অসমীয়া ગુજરાતી Tiếng Việt Nederlands Soomaali नेपाली پښتو Svenska ไทย മലയാളം Кыргызча Română Oromoo తెలుగు Malagasy ಕನ್ನಡ Српски ქართული Moore Kinyarwanda Magyar Македонски Čeština Lietuvių Українська Wolof አማርኛالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) insanın həyat tərzi və vərdişlərində dostu və ən yaxın yoldaşına bənzədiyini, dostluğun insanın əxlaqına, davranışına və hərəkətlərinə təsir etdiyini bəyan etmiş və bu səbəbdən yaxşı dost seçiminə yönəltmişdir. Çünki o, dostunu imana, hidayətə və xeyirxahlığa yönəldir və yoldaşına yardımçı olur.فوائد الحديث
Yaxşı insanlarla dostluq etmək və onları seçməyin əmr edilməsi, pis insanlarla yoldaşlıq etməyin isə qadağan edilməsi .
Qohumu deyil dostu xüsusiləşdirdi; çünki dostu seçən sənsən, qardaş və qohuma gəlincə, sənin bunda heç bir seçimin yoxdur.
Yoldaş seçmək, fikirləşdikdən sonra olmalıdır.
İnsan möminlərlə dostluq etməklə dinini gücləndirir, fasiqlərlə dostluq etməklə isə onu zəiflədir.
التصنيفات
Dostluq və düşmənçilik əhkamları