إعدادات العرض
Sizin (başınızda duracaq rəhbərlər tərəfindən) inkar edəcəyiniz işlər və mənimsəmələr görəcəksiniz. "Soruşdular: Ey Allahın Rəsulu, bizə nə əmr edirsən? O Dedi: Üzərinizdə olan haqqı yerinə yetirin, öz haqqınızı isə Allahdan istəyin
Sizin (başınızda duracaq rəhbərlər tərəfindən) inkar edəcəyiniz işlər və mənimsəmələr görəcəksiniz. "Soruşdular: Ey Allahın Rəsulu, bizə nə əmr edirsən? O Dedi: Üzərinizdə olan haqqı yerinə yetirin, öz haqqınızı isə Allahdan istəyin
İbn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: "Sizin (başınızda duracaq rəhbərlər tərəfindən) inkar edəcəyiniz işlər və mənimsəmələr görəcəksiniz. "Soruşdular: Ey Allahın Rəsulu, bizə nə əmr edirsən? O Dedi: Üzərinizdə olan haqqı yerinə yetirin, öz haqqınızı isə Allahdan istəyin."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Kiswahili Português සිංහල Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە Tiếng Việt ไทย پښتو অসমীয়া دری Кыргызча or नेपाली Malagasy Kinyarwanda తెలుగు Lietuvių Oromoo Română മലയാളം Nederlands Soomaali Српски Українська Deutsch ಕನ್ನಡ Wolof Moore Shqip Magyar ქართულიالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, müsəlmanların üzərinə hökmdarlar gələcək ki, onlar müsəlmanların ümumi sərvətini və digər dünya işlərini şəxsi maraq dairələrinə salacaqlar, onları istədikləri kimi xərcləyəcək və müsəlmanları bu haqlarından məhrum edəcəklər. Onlar dində inkar olunan əməllər edəcəklər. Səhabələr (Allah onlardan razı olsun) bu vəziyyətdə nə etməli olduqlarını soruşdular. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara bildirdi ki, həmin hökmdarların mal-dövləti mənimsəmələri, sizi onlara tabeçilikdən və itaət etmək kimi üzərinizdə olan vacibdən yayındırmamalıdır, əksinə, səbirli olun, onlara qulaq asın, itaət edin, onlarla münaqişə, ixtilaf etməyin. Allahdan haqqınızı diləyin və onların islah olunmalarını, şər və zülmlərinin dəf edilməsini istəyin.فوائد الحديث
Hədis Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) peyğəmbərliyinin sübutlarındandır, çünki ümmətində baş verəcək hadisələr barədə verdiyi məlumatlar, söylədiyi kimi də olmuşdur.
Müsibətə düçar ola biləcək şəxsə, başına gəldiyi zaman ona hazır olması məqsədi ilə və səbr edib mükafat umması üçün, gözlənilən müsibət barədə ona məlumat verməyin icazəli olması.
Quran və sünnəyə sarılmaq fitnə və ixtilafdan çıxış yoludur.
İnsanları rəhbərlərinə günah olmayan işlərdə tabe olmağa və itaət etməyə, haqsızlıq etsələr belə, onlara qarşı üsyan etməməyə təşviq.
Fitnə zamanı hikmətli olmaq və sünnəyə əməl etmək.
İnsan, özünə qarşı haqsızlıq edilsə belə üzərində olan haqqı yerinə yetirməlidir.
Hədisdə "İki şərdən ən az olanı və ya iki zərərdən ən yüngül olanı seçilir" qaydasına dəlil vardır.
التصنيفات
İmamın vəzifələri