إعدادات العرض
“Dünyada zahid ol, Allah səni sevsin, insanların əlindəkinə də göz dikmə, insanlar səni sevsin”
“Dünyada zahid ol, Allah səni sevsin, insanların əlindəkinə də göz dikmə, insanlar səni sevsin”
Əbul-Abbas Səhl bin Sə'd əs-Səidi (Allah ondan razı olsun) demişdir: Bir kişi Peyğəmbərin (sallallahu aleyhi va səlləm) yanına gəlib dedi: “Ey Allahın elçisi! Mənə elə bir əməl öyrət ki, mən onu edəndə, məni həm Allah, həm də insanlar sevsin”. Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurdu: “Dünyada zahid ol, Allah səni sevsin, insanların əlindəkinə də göz dikmə, insanlar səni sevsin”.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Hausa Kurdî Português සිංහල دری অসমীয়া پښتو O‘zbek Tiếng Việt Македонски Nederlands Kiswahili ភាសាខ្មែរ ਪੰਜਾਬੀ తెలుగు ไทย Moore አማርኛ Magyar ქართული ಕನ್ನಡ ગુજરાતી Українська Shqip Кыргызча Српски Kinyarwanda тоҷикӣ Wolof Čeština தமிழ் नेपाली മലയാളം kmr ms Deutsch Lietuviųالشرح
Bir kişi Peyğəmbərdən (sallallahu əleyhi və səlləm) onu, həm Allahın, həm də insanların sevgisini qazandıracaq bir əmələ yönəltməsini istədi. Peyğəmbər (sallallahu aleyhi va səlləm) ona belə dedi: Əgər dünyada artıq olan şeyləri, axirətə faydası olmayanları və dininə zərər verə biləcək şeyləri tərk etsən, bu zaman Allah səni sevər. Əgər insanların əlində olan dünya malına tamah etməsən, bu zaman insanlar səni sevər. Çünki insanlar təbiətcə dünyanı sevirlər. Kim onlarla bu dünya malı uğrunda rəqabət apararsa, ona qəzəblənər, kim dünyanı onlara buraxarsa, onu sevərlər.فوائد الحديث
Dünyada zahid olmağın fəziləti, insanın axirətdə ona faydası olmayan şeyləri tərk etməsidir.
Zahidlik, "vər'a-dan" (Allah qorxusu ilə haramı tərk etməkdən) daha yüksək mərtəbədir. Çünki vəra, zərər verə biləcək şeyləri tərk etməkdir. Zahidlik isə, axirətdə faydası olmayan şeyləri tərk etməkdir.
əs-Sindi demişdir: "Dünya insanlar üçün sevimlidir. Kim onlarla bu dünya malı uğrunda rəqabət apararsa, bir o qədər onların nifrətini qazanar. Kim isə onları sevdikləri (yəni dünya) ilə baş-başa buraxarsa, bir o qədər də onların qəlbində sevilər".
التصنيفات
Zahidlik və Allahdan qorxmaq