إعدادات العرض
Kim ruzisinin artmasını və ömrünün uzanmasını istəyirsə, qohumluq əlaqələrini qorusun
Kim ruzisinin artmasını və ömrünün uzanmasını istəyirsə, qohumluq əlaqələrini qorusun
Ənəs bin Malikdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: " Kim ruzisinin artmasını və ömrünün uzanmasını istəyirsə, qohumluq əlaqələrini qorusun."
الترجمة
العربية Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी বাংলা ئۇيغۇرچە Kurdî Português മലയാളം తెలుగు Kiswahili தமிழ் සිංහල မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands Hausa ไทย دری Fulfulde Magyar ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски O‘zbek Moore नेपाली Oromoo Wolof Soomaali Български Українська Tagalog ქართული Lingala тоҷикӣ bm Malagasy Македонскиالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) qohumları ziyarət etməyə, onlara şəxsi və maddi dəstək olmağa çağırış edir. Bildirir ki, bu əməllər, ruzinin artmasına və ömrün uzanmasına səbəb olur.فوائد الحديث
Qohumlar- ata və ana tərəfdən olan yaxınlardır və ona görə də qohumluq telləri nə qədər yaxındırsa, onlarla əlaqələri sıx saxlamaq da bir o qədər vacibdir.
Əməlin mükafatı yaxud cəzası, onun növündəndir, kim qohumlarla xeyir və yaxşılıq edərək əlaqə saxlayarsa, Allah onun ömrünə və ruzisinə bərəkət verər.
İnsanın əcəli və ruzisi, qədər kitabında müəyyən həddə yazılmasına baxmayaraq, qohumlarla gözəl davranmaq onun qədərində ruzinin və ömrünün bərəkətli olmasına səbəb ola bilər. Digər insanlardan fərqli olaraq, qohumlarla əlaqə saxlayan insan daha çox və daha faydalı ömür sürür. Hədisdə ruzinin və ömrün həqiqi mənada artdığını da söyləyən alimlər var.
التصنيفات
Saleh əməllərin fəziləti