Həqiqətən Allah, yedikdən sonra həmd edən və içdikdən sonra həmd edən qulundan razıdır

Həqiqətən Allah, yedikdən sonra həmd edən və içdikdən sonra həmd edən qulundan razıdır

Ənəs bin Məlikdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Həqiqətən Allah, yedikdən sonra həmd edən və içdikdən sonra həmd edən qulundan razıdır."

[Səhih] [Muslim rəvayət etdi]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, Rəbbinin lütfü və nemətinə görə qulun həmd etməsi, Allahın razılığını qazandıran əməllərdən hesab edilir: yemək yeyir və əlhəmdulilləh deyir, su içir və əlhəmdulilləh deyir.

فوائد الحديث

İzzət və cəlal sahibi olan Allahın səxavəti, lütf olaraq ruzi verir və qulun həmd etməsindən razı qalır.

Allahın razılığı, yedikdən və içdikdən sonra həmd etmək kimi ən asan səbəblərlə əldə edilir.

Yemək və içmək ədəblərindən biri: Yemək və içməkdən sonra uca Allaha həmd etmək.

التصنيفات

Yemək və içmək ədəbləri