إعدادات العرض
Ey Allahın Rəsulu, böyük və kiçik günah nə varsa hamısını etmişəm. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) :Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Muhəmmədin Onun rəsulu olduğuna şahidlik etmirsənmi?
Ey Allahın Rəsulu, böyük və kiçik günah nə varsa hamısını etmişəm. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) :Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Muhəmmədin Onun rəsulu olduğuna şahidlik etmirsənmi?
Ənəsdən (Allah ondan razı olsun) rəvayət ediliyinə görə belə dedi: Bir kişi Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək dedi:"Ey Allahın Rəsulu, böyük və kiçik günah nə varsa hamısını etmişəm. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) :Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Muhəmmədin Onun rəsulu olduğuna şahidlik etmirsənmi?" deyə bunu üç dəfə soruşdu. Adam: "Bəli" dedi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): "Şübhəsiz ki, bu o günahlara üstün gəlir." deyə cavab verdi.
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski සිංහල हिन्दी Tiếng Việt Kurdî Hausa മലയാളം తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Oromoo Wolof Soomaali Tagalog Français Українська bm தமிழ் Deutsch ქართული Português Македонски Magyar فارسی Русский 中文الشرح
Bir kişi Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək dedi: Ey Allahın Rəsulu, mən böyüklü kiçikli bütün günah və asiliklərdən etdim. Mən bağışlana bilərəmmi? Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona dedi: Məgər Allahdan başqa ibadətə layiq məbud olmadığına və Muhəmmədin Onun rəsulu olduğuna şahidlik etmirsənmi? Bunu üç dəfə təkrar etdi. Və adam: "Bəli şahidlik edirəm" deyə cavab verdi. Peyğəbmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona şəhadət kəliməsinin fəzilətini, günahları silməsini və tövbənin özündən öncəki günahları yox etməsini xəbər verdi .فوائد الحديث
Şəhadət kəliməsinin əzəməti və günahların onun sidq qəlblə tələffüzü nəticəsində daha ağır gəlməsi.
İslam özündən öncəki günahları silir
Səmimi qəlbdən edilən tövbə, ondan öncə edilən günahları silir.
Təlim əsnasında təkrar etmək, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) irşadedici metodlarındandır.
Şəhadət kəliməsinin fəziləti və o kəlimənin cəhənnəmdə əbədi qalmaqdan qurtuluş səbəbi olması.
التصنيفات
Tövhidin fəziləti