إعدادات العرض
Sizdən biri qarnında bir şey hiss edib, ondan bir şey çıxıb və ya çıxmadığını şübhə edərsə, səs eşitmədikcə yaxud iy duymadıqca məsciddən çıxmasın
Sizdən biri qarnında bir şey hiss edib, ondan bir şey çıxıb və ya çıxmadığını şübhə edərsə, səs eşitmədikcə yaxud iy duymadıqca məsciddən çıxmasın
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: «Sizdən biri qarnında bir şey hiss edib, ondan bir şey çıxıb və ya çıxmadığını şübhə edərsə, səs eşitmədikcə yaxud iy duymadıqca məsciddən çıxmasın».
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe සිංහල हिन्दी Tiếng Việt Hausa తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली മലയാളം Bosanski Italiano ಕನ್ನಡ Kurdî Oromoo Română Soomaali Shqip Српски Українська Wolof Tagalog Moore Malagasy தமிழ்الشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz qılan bir kimsənin qarnında bir şey hiss edib, ondan bir şey çıxıb və ya çıxmadığına tərəddüd etdiyi bir durumda, yelin səsini eşidib ya da iyini hiss etmək kimi dəstəmazı pozan amilin varlığına əmin oluncaya qədər yenidən dəstəmaz almaq üçün namazdan çıxmamasını xəbər vermişdir. Çünki yəqin olan bir şey, şübhə ilə batil olmaz. Bu kimsənin dəstəmazlı olması yəqindir, dəstəmazının pozulması isə şübhəlidir.فوائد الحديث
Bu hədis, İslam əsaslarından bir əsas və fiqhi qaydalardan bir fiqhi qaydadır. Bu qayda: Yəqin olan bir şey şübhə ilə aradan qalxmaz. Müxalif olan şey yəqinləşənə qədər, həmin şeyin olduğu hal üzərində qalması əsildir.
Şübhə, dəstəmaza zərər verməz. Namaz qılan kimsə dəstəmazının pozulduğuna yəqin olmadığı müddətcə dəstəmazlıdır.