إعدادات العرض
Ey Bilal! Namaz üçüm iqamə ver. Bizi namazla rahatlat
Ey Bilal! Namaz üçüm iqamə ver. Bizi namazla rahatlat
Səlim bin Əbil-Caddan rəvayət edildiyinə görə bir kişi: “Kaş ki namaz qılmış olsaydım, istirahət edərdim” deyincə, orada olanlar sanki onun bu sözündə ayıb gördülər, bu zaman kişi onlara belə dedi mən: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: «Ey Bilal! Namaz üçüm iqamə ver. Bizi namazla rahatlat».
[Səhih] [Əbu Davud rəvayət etdi]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe සිංහල हिन्दी Tiếng Việt Hausa Kiswahili ไทย پښتو অসমীয়া دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली മലയാളം తెలుగు Bosanski Italiano ಕನ್ನಡ Kurdî Oromoo Română Soomaali Shqip Српски Українська Wolof Tagalog Moore Malagasy தமிழ் فارسی ქართული 中文 Magyarالشرح
Səhabələrdən bir kişi; "Kaş ki namaz qılmış olsaydım, istirahət edərdim" dedi. Sanki ətrafında olanlar onun söylədiyi bu sözündən dolayı qınadılar. Bunun üzərinə o, ətrafında olanlara, mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Ey Bilal! Namaz üçün azan oxu və iqamə ver ki, biz namazla rahatlaşaq". Çünki namazda Uca Allahla münacat, qəlbin və ruhun rahatlığı vardır.فوائد الحديث
Namazda Uca Allahı yalvararaq çağırmaq olduğu üçün orada qəlbin rahatlığı olur.
İbadətdə tənbəllik edən kimsənin qınanması.
Kim, üzərinə düşən vacibi yerinə yetirərsə, onun məsuliyyətini üzərindən götürər və beləliklə də o, rahatlıq və arxayınlıq hissinə ovuşar.