إعدادات العرض
Müsəlman o kəsdir ki, digər müsəlmanlar onun dilindən və əlindən əmin-amanlıqda olar, mühacir isə Allahın haram etdiklərini tərk edəndir”
Müsəlman o kəsdir ki, digər müsəlmanlar onun dilindən və əlindən əmin-amanlıqda olar, mühacir isə Allahın haram etdiklərini tərk edəndir”
Abdullah ibn Amrdan (Allah onların hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Müsəlman o kəsdir ki, digər müsəlmanlar onun dilindən və əlindən əmin-amanlıqda olar, mühacir isə Allahın haram etdiklərini tərk edəndir”.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Hausa Kurdî Português සිංහල Svenska ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە Kiswahili پښتو অসমীয়া دری Malagasy or Čeština नेपाली Oromoo Română Nederlands Soomaali తెలుగు ไทย Српски മലയാളം Кыргызча Kinyarwanda ಕನ್ನಡ Wolof Magyar ქართული Moore Українська Македонски Lietuviųالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, İslamı kamil olan müsəlman, digər müsəlmanların dilindən əmin-amanlıqda olan kəsdir, onları söyməz, lənətləməz, onların qeybətini etməz, dili ilə onlara heç bir zərər yetirməyə çalışmaz. Onlar onun əlindən əmin-amanlıqdadırlar, onlara hücum etməz, onların mallarını haqsız yerə almaz və buna bənzər heç bir şey etməz. Mühacir isə Uca Allahın haram etdiklərini tərk edən kəsdir.فوائد الحديث
İslamın kamilliyi, yalnız başqalarına maddi və mənəvi zərər verməməklə hasil olur.
Dilin və əlin xüsusi olaraq qeyd edilməsi, onların çoxlu xəta və zərərlərinə görədir. Çünki, şərlərin çoxu onlardan çıxır.
Günahları tərk etməyə və Uca Allahın əmr etdiklərini yerinə yetirməyə təşviq.
Müsəlmanların ən üstünü Uca Allahın haqqını və müsəlmanların haqlarını yerinə yetirəndir.
Başqalarının haqlarını tapdalamaq, sözlə və ya əməllə ola bilər.
Kamil hicrət, Uca Allahın haram etdiklərini tərk etməkdir.