إعدادات العرض
Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, bu ümmətdən yəhudi və ya xristian mənim haqqımda eşidərsə, sonra göndərildiyimə (bu dinə) iman gətirmədən ölərsə, cəhənnəm əhlindən olar
Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, bu ümmətdən yəhudi və ya xristian mənim haqqımda eşidərsə, sonra göndərildiyimə (bu dinə) iman gətirmədən ölərsə, cəhənnəm əhlindən olar
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, bu ümmətdən yəhudi və ya xristian mənim haqqımda eşidərsə, sonra göndərildiyimə (bu dinə) iman gətirmədən ölərsə, cəhənnəm əhlindən olar.
الترجمة
العربية Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी বাংলা Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் සිංහල မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە ไทย دری Кыргызча or Kinyarwanda नेपाली Română Lietuvių Malagasy ಕನ್ನಡ Oromoo Nederlands Soomaali Српски Українська Wolof Moore ქართული Magyar Tagalogالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Allaha and içir ki, bu ümmətdən istər yəhudi, istər xristian, istərsə də başqa bir millətin nümayəndəsinə Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) İslama çağırışı, dəvəti çatarsa, sonra ona iman gətirmədən ölərsə, cəhənnəm əhlindən olub, orada əbədi qalar.فوائد الحديث
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) risalətinin (çağırışının) bütün aləm üçün ümumiliyi, ona tabe olmağın vacibliyi və onun şəriəti ilə artıq bütün digər şəriətlərin qanunlarının ləğv olması.
Kim Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) küfr edərsə, onun digər peyğəmbərlərə (Allahın salavatı və salamı onların üzərinə olsun) iman gətirmək iddiası ona heç bir fayda verməz.
Kim Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) haqqında eşitməyibsə və İslam dəvəti ona çatmamışsa, üzrlüdür və axirətdə onun aqibəti uca Allaha aiddir.
Ölümə yaxın olsa belə, hətta ağır xəstəlik zamanı, taki can boğaza çatmayınca İslamı qəbul edib bəhrələnmək mümkündür.
Yəhudi və xristianlar da daxil olmaqla kafirlərin dinini doğru saymaq küfrdür.
Hədisdə yəhudi və xristianın qeyd edilməsi-digər kafirlərə də xəbərdarlıqdır. Çünki yəhudi və xristianların kitabı var, əgər onlara xəbərdarlıq edilirsə, kitabı olmayanlar bu xəbərdarlığa daha çox layiqdirlər və onların hamısının Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) dininə daxil olub ona itaət etmələri vacibdir.