إعدادات العرض
Böyük günahlardan çəkindiyi müddətcə, beş vaxt namaz, iki Cümə və iki Ramazan, aralarında edilən kiçik günahlara kəffarədir
Böyük günahlardan çəkindiyi müddətcə, beş vaxt namaz, iki Cümə və iki Ramazan, aralarında edilən kiçik günahlara kəffarədir
Əbu Hureyradan -Allah ondan razı olsun- rəvayət edildiyinə görə Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "Böyük günahlardan çəkindiyi müddətcə, beş vaxt namaz, iki Cümə və iki Ramazan, aralarında edilən kiçik günahlara kəffarədir".
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी සිංහල Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە தமிழ் ไทย دری Български Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda тоҷикӣ O‘zbek Akan नेपाली Moore Wolof Oromoo Soomaali Українська bm km rn ქართული mkالشرح
Peyğəmbər -salləllahu aleyhi va səlləm- gün ərzində qılınan beş vaxt namazın, hər həftə qılınan cümə namazının və hər il tutulan Ramazan orucunun böyük günahlardan çəkinilməsi şərti ilə aralarında edilən kiçik günahlara kəffarə olacağını xəbər vermişdir. Amma zina, içki içmək kimi büyük günahlara gəldikdə isə, yalnız tövbə edildiyində bağışlanar.فوائد الحديث
Günahlardan bəziləri kiçik, bəziləri isə böyükdür.
Kiçik günahların bağışlanması böyük günahlardan çəkinmə şərtinə bağlıdır.
Böyük günahları edənə bu dünyada hədd cəzası, axirətdə isə əzab və ya qəzəb yaxud da lənət təhdidi vardır. Zina etmək və içki içmək kimi əməllər böyük günahlara misaldır.