Allah kimə rəhbərlik etməyi nəsib edərsə, rəhbərliyi altında olan insanları aldadaraq ölərsə, Allah cənnəti ona haram edər

Allah kimə rəhbərlik etməyi nəsib edərsə, rəhbərliyi altında olan insanları aldadaraq ölərsə, Allah cənnəti ona haram edər

Məqil bin Yəsar əl-Muzənidən (Allah ondan razı olsun) demişdir: Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: Allah kimə rəhbərlik etməyi nəsib edərsə, rəhbərliyi altında olan insanları aldadaraq ölərsə, Allah cənnəti ona haram edər.

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, uca Allah tərəfindən insanlar üzərində rəhbərlik etməyi nəsib olunan hər bir şəxs- istər dövlət başçısı kimi ümumi rəhbər olsun, istərsə də kişi və yaxud qadın öz evində cavabdeh olsun- onlar öz məsuliyyəti altında olan insanlarla pis davranarsa, onları aldadarsa, onlara qarşı səmimi olmazsa, onların dini və dünyəvi hüquqlarını yerinə yetirməzsə, bu şiddətli cəzaya layiq olarlar.

فوائد الحديث

Bu xəbərdarlıq yalnız rəhbər və onun yardımçılarına aid deyil, əksinə Allahın məsul etdiyi hər bir idarə etmək məsuliyyəti olanlara aid edilir.

Müsəlmanlara aid olan bir məsələdə rəhbər olan şəxs onlarla səmimi olmalı, əmanətə sadiq olmalı və xəyanətdən çəkinməlidir.

Ümumi və ya xüsusi, böyük və ya kiçik rəhbərliyə sahib olan hər kəsin məsuliyyətinin ciddi olması.

التصنيفات

Şəri siyasət