إعدادات العرض
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanları ən çox cənnətə salan meyar haqqında soruşuldu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə belə buyurdu: "Təqva və gözəl əxlaq
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanları ən çox cənnətə salan meyar haqqında soruşuldu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə belə buyurdu: "Təqva və gözəl əxlaq
Əbu Hureyrə (Allah ondan razı olsun) demişdir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanları ən çox cənnətə salan meyar haqqında soruşuldu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə belə buyurdu: "Təqva və gözəl əxlaq." Sonra insanları ən çox cəhənnəmə aparan məsələ haqqında soruşuldu və buyurdu ki: "Ağız (dil) və cinsiyyət orqanı".
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt සිංහල Kurdî Hausa Português മലയാളം తెలుగు မြန်မာ ไทย Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە Kiswahili தமிழ் دری Fulfulde Magyar ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски O‘zbek Moore नेपाली Oromoo Wolof Soomaali Български Українськаالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, insanı cənnətə salan səbəblərin ən başlıcası iki səbəbdir: Allah qorxusu və gözəl əxlaq. Allah qorxusu: Bu, özünlə Allahın əzabı arasında sədd qoymaqdır, bu isə Onun əmirlərini yerinə yetirməklə və qadağalarından çəkinməklə baş verir. Gözəl əxlaq: Gülər üzlü olmaq, xeyir etməyə can atmaq və əziyyət verməkdən çəkinməklə olur. İnsanı cəhənnəmə salan səbəblərin ən başlıcası iki səbəbdir: Dil və cinsiyyət orqanı. Dilin işlətdiyi günahlar: Yalan, qeybət, sözgəzdirmə və başqalarıdır. Cinsiyyət orqanının işlətdiyi günahlar: Zina, homoseksuallıq və başqalarıdır.فوائد الحديث
Cənnətə daxil olmaq üçün uca Allahla əlaqəli səbəblərindən biri də təqvadır. İnsanlarla əlaqəli səbəblər var ki, bunlardan da biri gözəl əxlaqdır.
Dilin, sahibi üçün təhlükə mənbəyi və cəhənnəmə daxil edən səbəblərdən olması.
Şəhvət və pozğunluğun insan üçün təhlükəsi və onun, insanları ən çox cəhənnəmə aparan səbəblərindən olması.