Həqiqətən, Allah zalıma möhlət verir ki, onu yaxalayanda boyun qaçırmasın

Həqiqətən, Allah zalıma möhlət verir ki, onu yaxalayanda boyun qaçırmasın

Əbu Musadan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Həqiqətən, Allah zalıma möhlət verir ki, onu yaxalayanda boyun qaçırmasın” Buyurdu ki: Sonra bu ayəni oxudu: {Rəbbin haqsızlıq edən məmləkətləri yaxaladığı zaman məhz belə yaxalayır. Onun yaxalaması həqiqətən də üzücüdür, şiddətlidir.} [Hud: 102] ​

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) zülmə günahlar və şirk edərək israr etməkdən və insanlara zülm etməkdən çəkindirir və bildirir ki, uca Allah zalıma möhlət verir, onun işini sonraya saxlayır, onun ömrünü uzadır və mal-dövlətini davamlı edir, cəza verməkdə tələsmir. Əgər tövbə etməzsə, etdiyi çoxsaylı haqsızlıqlara görə onu yaxalayar, onu sərbəst buraxmaz və ondan əl çəkməz. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ayəni oxudu: {Rəbbin haqsızlıq edən məmləkətləri yaxaladığı zaman məhz belə yaxalayır. Onun yaxalaması həqiqətən də üzücüdür, şiddətlidir.} [Hud: 102] ​

فوائد الحديث

Aqil insan dərhal tövbə etməyə çalışmalıdır, bilməlidir ki, əgər zülm etməyə davam edərsə, Allahın məkrindən salamt qala bilməz.

İzzət və cəlal sahibi olan Allahın zalımlara möhlət verməsi və acil əzab verməməsi, tövbə etmədikləri təqdirdə əzablarının ikiqat artırılması üçündür.

Allahın keçmiş ümmətləri cəzalandırmasının səbəblərindən biri də zülmdür.

Əgər Allah bir məmləkəti məhv etsə, orada əməlisaleh insanlar olsa belə, bu insanlar Qiyamət günü öldükləri saleh halları üzərində dirilərlər və əzaba düçar olmalarına baxmayaraq onlara o əzəmətli gün zərər dəyməz.

التصنيفات

Əqidə, Ad və sifətlər tövhidi, Pis əxlaq