إعدادات العرض
Şübhəsiz ki, Allah möminin yaxşı əməlinin savabını silməklə ona zülm etməz, yaxşılığın əvəzini bu dünyada verər və axirətdə də mukafatlandırar
Şübhəsiz ki, Allah möminin yaxşı əməlinin savabını silməklə ona zülm etməz, yaxşılığın əvəzini bu dünyada verər və axirətdə də mukafatlandırar
Ənəs bin Məlikdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Şübhəsiz ki, Allah möminin yaxşı əməlinin savabını silməklə ona zülm etməz, yaxşılığın əvəzini bu dünyada verər və axirətdə də mukafatlandırar, kafiri isə Allah xətrinə etdiyi xeyir əməllərinin dadını bu dünyada daddırar, axirətə gəldikdə isə onun mukafatlanacaq heç bir savabı qalmaz.
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski සිංහල हिन्दी Tiếng Việt Hausa മലയാളം తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Kurdî Oromoo Wolof Soomaali Français Tagalog Українська bm தமிழ் Deutsch ქართული Português Македонски Magyar فارسی Русский 中文الشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun), Allahın möminlərə olan əzəmətli lütfünü və kafirlərə qarşı ədalətini bəyan edir. Möminə gəldikdə onun xeyir əməllərinin əcri azalmaz, əksinə bu dünyada itaətinə görə verildiyi savabla yanaşı, axirətdə onun üçün savabı toplanar. Bəzən savabının hamısı axirət üçün saxlanılar. Kafirə gəlincə isə onun etdiyi yaxşılıqların əvəzini , Allah ona dünya nemətləri ilə verər, axirətə yetişdikdə isə onun mukafatlanacaq savabı qalmaz, çünki yalnız müsəlmanın saleh əməlləri ona bu dünyada və axirətdə fayda verər.فوائد الحديث
Küfr üzərə ölən kimsənin əməli ona fayda verməz.