إعدادات العرض
"Allah yəhudilərə və xristianlara lənət eləsin! Onlar peyğəmbərlərinin qəbirlərini məscidlərə çevirdilər
"Allah yəhudilərə və xristianlara lənət eləsin! Onlar peyğəmbərlərinin qəbirlərini məscidlərə çevirdilər
Aişə və İbn Abbasdan (Allah onlardan razı olsun) rəvayət edildiyinə görə onlar belə demişlər: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ölümündən qabaq örtüyünü üzünə atmağa başladı. (Ürəyi) sıxıldıqda isə onu üzündən götürürdü. O bu halda ikən belə dedi: "Allah yəhudilərə və xristianlara lənət eləsin! Onlar peyğəmbərlərinin qəbirlərini məscidlərə çevirdilər". (Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu sözləri ilə ümmətini) onların etdikləindən çəkindirirdi.)
الترجمة
العربية Bosanski English Español فارسی Français Bahasa Indonesia Türkçe اردو 中文 हिन्दी Tagalog বাংলা Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் සිංහල မြန်မာ Русский Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە ไทย دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली Malagasy Italiano or ಕನ್ನಡ Oromoo Română Soomaali Српски Wolof Українська Moore ქართული Magyarالشرح
Aişə və İbn Abbas (Allah onlardan razı olsun) bizlərə Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) vəfatına yaxın son anlarında üzünü bir bez parçası ilə örtdüyünü, ölümün çətin anlarının yaxınlaşması səbəbi ilə nəfəsi daraldıqda üzünü açdığını və Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bu çətin halda ikən belə dediyini xəbər vermişdilər: "Allah yəhudilərə və xristianlara lənət etsin və onları Öz rəhmətindən uzaqlaşdırsın. Çünki onlar, peyğəmbərlərinin qəbirləri üzərində məscidlər tikdilər. Əgər onların etdikləri bu iş, bu qədər təhlükəli olmasaydı Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə bir (çətin) anda bunu söyləməzdi. Buna görə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ümmətini bu işi etməklə onlara bənzəməyi qadağan etmişdir. Çünki bu yəhudi və xristianların əməlidir və həmçinin Uca Allaha şərik qoşmağa aparan bir vəsilədir.فوائد الحديث
Peyğəmbərlərin və salehlərin qəbirlərinin orada Allah üçün namaz qılınan məscidlər edilməsi qadağan edilmişdir. Çünki bu şirkə aparan bir səbəbdir.
Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) şiddətli bir şəkildə tövhidə önəm verməsi və qəbirlərin təzim edilməsindən qorxması, bu əməlin şirkə aparan bir yol olmasından dolayıdır.
Yəhudi və xristianlara, həmçinin qəbirlərin üzərində bina tikib oranı məscidlər edərək onların etdiklərinin eynisini edənlərə lənət etməyin icazəli olması.
Qəbirlərin üzərində bina tikmək yəhudi və xristianların adətidir. Hədisdə onlara bənzəmək qadağan edilmişdir.
Hədisdə həmçinin, üzərində məscid tikilməsə belə qəbirlərin səcdəgah edilərək orada namaz qılınması və namaz qılarkən qəbirlərə tərəf yönəlməsi qadağan edilmişdir.
التصنيفات
Üluhiyyə tövhidi