“Hər kim əl-bərdeyn namazlarını qılarsa, Cənnətə daxil olar”

“Hər kim əl-bərdeyn namazlarını qılarsa, Cənnətə daxil olar”

Əbu Musa Əl-Əşəridən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: “Hər kim əl-bərdeyn namazlarını qılarsa, Cənnətə daxil olar”

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əl-bərdeyn namazlarına həris olmağa təşviq etmişdir. Bunlar sübh və əsr namazlarıdır. Onları vaxtında, camaatla və digər haqları ilə yerinə yetirəni, bu namazların onun cənnətə girməsinə səbəb olması ilə müjdələmişdir.

فوائد الحديث

Sübh və əsr namazlarını qorumağın fəziləti, çünki sübh namazı yuxunun şirin olduğu vaxt, əsr namazı isə insanın öz işi ilə məşğul olduğu vaxt olur. Ona görə də bu namazlara diqqət edən kəs, digər namazlara da diqqət yetirər.

Sübh və əsr namazları bərdeyn adlanır, çünki sübh namazında gecənin sərinliyi, əsr namazında isə günortanın sərinliyi vardır.(bərd -ərəbcə sərinlik deməkdir) Əsr namazı isti vaxtda olsa da belə, istiliyi özündən əvvəlki vaxtdan daha yüngüldür. Və ya onun bu cür adlandırılması üstünlük yönündəndir, (ərəblərdə) ay və günəşə iki ay deyilməsi kimi.

التصنيفات

Namazın fəziləti