إعدادات العرض
Kim xeyirə yönəldərsə, o, xeyir iş görənlə əcrdə şərik olar
Kim xeyirə yönəldərsə, o, xeyir iş görənlə əcrdə şərik olar
Əbu Məsud Əl Ənsaridən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Bir kişi Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək dedi: "Mənim miniyim-heyvanım həlak oldu, mənə minik ver". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Yoxumdur". Orada olan bir kişi dedi: "Ey Allahın Rəsulu, mən ona minik verəcək kimsəyə yönəldərəm" Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Kim xeyirə yönəldərsə, o, xeyir iş görənlə əcrdə şərik olar."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە සිංහල ไทย دری Fulfulde Magyar ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски O‘zbek Moore नेपाली Oromoo Wolof Soomaali Български Українська ქართული Malagasy Lingala тоҷикӣ bm Македонскиالشرح
Bir kişi Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək dedi: Mənim miniyim həlak oldu, məni miniyə mindir və ya məni mənzilimə çatdıracaq bir minik ver. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona miniyinin olmadığını bildirdi. Orada iştirak edən bir kişi dedi ki, ey Allahın Rsəulu, mən onu minik verəcək birinə yönəldərəm. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) də onun əcrdə sədəqə edənlə şərik olması ilə müjdələyir, çünki o, ehtiyacı olan kəsi axtardığına yönləndirmişdir.فوائد الحديث
Xeyirə vasitəçiliyə təşviq.
Xeyir əməli etməyə maraq oyatmaq, müsəlman toplumunun mükəmməl surətdə qurulmasına və onun həmrəyliyinə səbəbdir.
Uca Allahın fəzilətinin genişliyi.
Bu hədis bütün xeyir əməlləri əhatə edən ümumi şəri qaydadır.
İnsan ondan yardım istəyənin ehtiyacını ödəyə bilmirsə, o zaman onu başqasına yönəltməlidir.
التصنيفات
Gözəl əxlaq