إعدادات العرض
Ey oğlan, Bismilləh de. Sağ əlinlə ye və sənə yaxın olan yerdən ye”
Ey oğlan, Bismilləh de. Sağ əlinlə ye və sənə yaxın olan yerdən ye”
Ömər ibn Əbu Sələmədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir. Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) himayəsində olan bir uşaq idim. Yemək yeyərkən əlim yemək qabının hər yanına dolaşırdı. Bunu görən Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə belə dedi: «Ey oğlan, Bismilləh de. Sağ əlinlə ye və sənə yaxın olan yerdən ye”. Bundan sonra mənim yemək yemə tərzim Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə öyrədiyi kimi oldu.
الترجمة
العربية Bosanski English فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو हिन्दी 中文 বাংলা ئۇيغۇرچە Español Kurdî Português മലയാളം తెలుగు Kiswahili தமிழ் සිංහල မြန်မာ ไทย 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands Hausa دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली Malagasy Italiano or ಕನ್ನಡ Oromoo Română Soomaali Српски Wolof Українська Moore Tagalog ქართული Magyarالشرح
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) tərbiyəsi və himayəsi altında böyüyən, xanımı Ummu Sələmənin (Allah ondan razı olsun) oğlu Ömər bin Əbu Sələmə (Allah ondan razı olsun) yemək yeyərkən yeməyi almaq üçün əlinin qabın hər tərəfində gəzib dolaşdığını və bunun üzərindən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ona yemək yemə ədəbləridən üçünü öyrətdiyini xəbər vermişdir. Bu ədəblər aşağıdakılardır: Birincisi: Yeməyə başlamazdan öncə: "Bismilləh" demək. İkincisi: Sağ əl ilə yemək. Üçüncüsü: Qabda yeməyin özünə yaxın olan tərəfindən yemək.فوائد الحديث
Yemək-içmək ədəblərindən biri də, yemək və ya içməyə başlayarkən: "Bismilləh" deməkdir.
Uşaqlara, xüsusən də insanın himayəsi altnda olan uşaqlara ədəb-ərkan öyrədilməsi.
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) uşaqları təlim-tərbiyə etmə məsələsində səbirli və onlara qarşı şəfqətli olması.
Yemək ədəblərindən biri də, insanın, qabda ona yaxın olan yerdən yeməsidir. Amma yemək bir neçə növdən ibarətdirsə, bu zaman yeməyi qabın müxtəlif yerindən ala bilər.
Səhabələrin, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara öyrətdiyi ədəb-ərkana riayət etmələri. Bu fayda, Ömərin: "Bundan sonra mənim yemək yemə tərzim Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə öyrədiyi kimi oldu" sözündən alınmışdır.
التصنيفات
Yemək və içmək ədəbləri