Əsr namazını tərk edənin əməli batil olar

Əsr namazını tərk edənin əməli batil olar

Bureydə bin ƏlHuseybin (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: "Əsr namazını ilk çağında qılın, çünki Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Əsr namazını tərk edənin əməli batil olar""

[Səhih] [Əl-Buxari rəvayət etdi]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əsr namazını qəsdən vaxtını gecikdirməkdən çəkindirir və bunu edənin əməlinin batil və puç olması və boşa çıxması barədə xəbərdarlıq edir.

فوائد الحديث

Əsr namazını vaxtının daxil olduğu ilk anlarında qılmağa və buna daima çalışmağa təşviq.

Əsr namazını tərk edən üçün şiddətli xəbərdarlıq, onun vaxtını qaçırmağın digər namazların vaxtını qaçırmaqdan daha şiddətli olması. Çünki o, uca Allahın Quranda xüsusi olaraq əmr etdiyi orta namazdır: (Namazları və (günortadan sonrakı) orta namazı qoruyun) [əl-bəqərə, 238].

التصنيفات

Namazın vacib olması və onu tərk edənin hökmü