إعدادات العرض
Münafiqin məsəli, iki qoyun sürüsü arasında tərəddüdlə ora bura gedən çaşqın qoyun kimidir, gah bir sürüyə gedər, gah da digərinə
Münafiqin məsəli, iki qoyun sürüsü arasında tərəddüdlə ora bura gedən çaşqın qoyun kimidir, gah bir sürüyə gedər, gah da digərinə
İbn Ömərdən (Allah onların ikisindən də razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir: "Münafiqin məsəli, iki qoyun sürüsü arasında tərəddüdlə ora bura gedən çaşqın qoyun kimidir, gah bir sürüyə gedər, gah da digərinə.
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski සිංහල हिन्दी Tiếng Việt Hausa മലയാളം తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Kurdî Oromoo Wolof Soomaali Français Tagalog Українська bm தமிழ் Deutsch ქართული Português mk Magyarالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) münafiqin halını bəyan edərək bildirir ki, o iki qoyun sürüsü arasında tərəddüd edən qoyun kimidir, bilmir hansına qoşulsun. Bəzən bir sürüyə gedər, bəzən də digərinə. Və onlar imanla küfr arasında tərəddüddə qalıblar, zahirən və daxilən nə möminlərlə, nə də kafirlərlə birlikdədirlər. Lakin, zahirən möminlərlə olsalar da, daxilən şəkk və tərəddüd içərsindədirlər, gah möminlərə, gah da kafirlərə meyil edərlər.فوائد الحديث
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) nəfis üslublarından biri də danışdığı hədisləri daha aydın və düzgün çatdırmaq üçün misal gətirməkdən istifadə etməsidir.
Münafiqlərin qeyri sabit, şəkk və tərəddüddə olmalarının açıqlaması.
Münafiqlərin halından çəkindirmək, zahiri və daxili imanda sadiqliyə və əzimkarlığa təşviq etmək.
التصنيفات
Nifaq