إعدادات العرض
Kim təmimə taxarsa, artıq Allaha şərik qoşmuş olar
Kim təmimə taxarsa, artıq Allaha şərik qoşmuş olar
Uqbə bin Amir əl-Cuhənidən (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: Rəsulullahın (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına bir qrup gəldi ve o, doqquz nəfərin beyətini qəbul etdi ve birinin beyətini qəbul etmədi. Onlar dedilər ki: Ey Allahın Rəsulu, doqquz kişinin beyətini qəbul edib, bunu tərk etdinmi? Allahın Rəsulu "Onun üzərində təmimə (muska) var" dedi. Həmin adam əlini (paltarının içinə) saldı və təmiməni kəsdi. Allah Rəsulu da, həmin adamın beyətini qəbul etdi və dedi: "Kim təmimə taxarsa, artıq Allaha şərik qoşmuş olar".
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Português සිංහල Svenska ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە Tiếng Việt Kiswahili پښتو অসমীয়া دری Кыргызча or Malagasy Čeština नेपाली Oromoo Nederlands Soomaali తెలుగు ไทย Српски മലയാളം Kinyarwanda Română ಕನ್ನಡ Lietuvių Wolof Magyar ქართული Moore Українська Македонскиالشرح
Bir qrup dəstə Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi və sayları on idi. Onlardan doqquzu ilə İslama girmək və tabe olmaq üzərinə beyət etdi, onuncu nəfərlə isə beyət etmədi. Bunun səbəbi haqqında soruşulduqda, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: Onun üzərində təmimə (amulet,muska) var. Bu, göz və ya zərərdən qorunmaq üçün bağlanmış və ya asılmış muncuq və digər şeylərdir. Kişi əlini təmimə olan yerə saldı, onu kəsib atdı və ondan qurtuldu. Bu zaman Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onun beyətini qəbul etdi və təmimələrdən çəkindirərək və onların hökmünü bəyan edərək buyurdu: "Hər kim təmimə taxarsa, o, artıq şirk qoşmuş olar."فوائد الحديث
Kim Allahdan qeyrisinə güvənərsə, Allah da onunla niyyətinin əksinə davranar.
Təmimələri taxmağın zərər və gözdən qorunmağa səbəb olduğuna etiqad etmək kiçik şirkdir. Lakin, onların öz-özlüyündə fayda verdiklərinə inansa, böyük şirkdir.
التصنيفات
Üluhiyyə tövhidi