إعدادات العرض
Kim Allah üçün həcc edərsə, (həcc əsnasında qadını ilə) yaxınlıq etməsə və söyüş söyüb pis sözlər danışmasa, həccdən anadan doğulduğu kimi (günahsız) qayıdar
Kim Allah üçün həcc edərsə, (həcc əsnasında qadını ilə) yaxınlıq etməsə və söyüş söyüb pis sözlər danışmasa, həccdən anadan doğulduğu kimi (günahsız) qayıdar
Rəvayət edilir ki, Əbu Hureyra -Allah ondan razı olsun- belə demişdir: “Mən Peyğəmbərin -salləllahu aleyhi va səlləm- belə dediyini eşitdim: "Kim Allah üçün həcc edərsə, (həcc əsnasında qadını ilə) yaxınlıq etməsə və söyüş söyüb pis sözlər danışmasa, həccdən anadan doğulduğu kimi (günahsız) qayıdar".
[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands සිංහල ไทย دری Akan Български Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy नेपाली or Română Kinyarwanda тоҷикӣ O‘zbek Moore Wolof Oromoo Српски Soomaali bm Українська Tagalog rn km ka mkالشرح
Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə, kim Allah üçün həcc edərsə, həcc ibadətlərini yerinə yetirərkən xanımı ilə cinsi əlaqədə olmaq və buna təhrik edən öpmək, qucaqlamaq və s. bu kimi əməllərdən uzaq olarsa, həccindən yeni doğulan uşaq kimi günahsız olaraq döndüyünü bəyan etmişdir. Hədisdə ərəb dilində keçən: "rafəs" sözü, cinsi əlaqə mənasını bildirməklə yanaşı, söyüş söyüb pis sözlər danışmaq mənasını da bildirir. Yəni: Həcc edərkən fasiqlik (asiliklər və pis əməllər) etməz. Ehramda olarkən qadağan olan əməlləri etmək fasiqliyin növlərindən biridir. Kim həcc ibadətlərini yerinə yetirərkən özünü günahlardan qoruyarsa, həccindən bir uşağın günahsız şəkildə anadan olduğu kimi bağışlanmış olaraq geri dönər.فوائد الحديث
Fasiqlik, zaman və məkandan asılı olmayaraq, hər bir halda qadağan edilsə də, həcc ayinlərinin əzəmətinə görə belə əməllərin həcc mərasimində edilməsi daha şiddətli bir şəkildə qadağan edilmişdir.
İnsan, xətasız və günahlardan uzaq olaraq dünyaya gəlir. O, başqasının günahını daşımaz.
التصنيفات
Həcc və ömrənin fəziləti