إعدادات العرض
(Yanına çatdıqda) dedik: “Sən bizim seyyidimizsən.” Dedi: “Seyyid Allahdır”. Biz dedik: "Sən bizim ən fəzilətlimiz və ən böyüyümüzsən". O, dedi: “Öz sözlərinizlə danışın, şeytan sizi (tərifdə həddi aşmağa) sürükləməsin
(Yanına çatdıqda) dedik: “Sən bizim seyyidimizsən.” Dedi: “Seyyid Allahdır”. Biz dedik: "Sən bizim ən fəzilətlimiz və ən böyüyümüzsən". O, dedi: “Öz sözlərinizlə danışın, şeytan sizi (tərifdə həddi aşmağa) sürükləməsin
Abdullah bin Əş-Şixxirdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Bəni-Amir heyəti ilə Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) hüzuruna yola düşdüm. (Yanına çatdıqda) dedik: “Sən bizim seyyidimizsən.” Dedi: “Seyyid Allahdır”. Biz dedik: "Sən bizim ən fəzilətlimiz və ən böyüyümüzsən". O, dedi: “Öz sözlərinizlə danışın, şeytan sizi (tərifdə həddi aşmağa) sürükləməsin.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Hausa Kurdî Kiswahili Português සිංහල Svenska ગુજરાતી አማርኛ Yorùbá Tiếng Việt پښتو অসমীয়া دری Кыргызча or नेपाली Malagasy తెలుగు Čeština Oromoo Română Kinyarwanda മലയാളം Nederlands Soomaali ไทย Lietuvių Српски Українська Shqip ಕನ್ನಡ Wolof ქართული Moore Magyarالشرح
Bir dəstə Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib ona çatdıqda - onu tərifləyərək- xoşuna gəlmədiyi bəzi sözlər dedilər. "Sən bizim seyyidimizsən"-dedilər. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara dedi: "Seyyid-Allahdır" O, yaratdıqları üzərində tam hökmranlığa malikdir və onlar Onun qullarıdır. Dedilər: Sən "bizim ən fəzilətlimiz” və dərəcə, şərəf və fərqlənmə baxımından ən üstünümüzsən. Sən bizim ən böyüyümüz, ən səxavətlimiz, ən uca və yüksək olanımızsan. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onları adətən dedikləri kəlimələri söyləmələrinə, əlavə mükəlləfiyyətə-yük altına girməmələrinə, şeytanın onları şirk və onun vasitələrinə aparan mübaliğə (şişirtmə) və tərifləməyə sürükləməməsinə yönətdi.فوائد الحديث
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sahabələrinin qəlblərində olan böyük dəyəri və ona olan hörmətləri.
Söz danışarkən əlavə mükəlləfiyyətdən (insanın özünü yükləməsindən) çəkinmək və söz söylədikdə qısa danışmaq.
Tövhidi, onu pozan söz və əməllərdən qorumaq.
Tərifdə həddi aşmağın qadağan edilməsi, çünki, bu şeytanın giriş qapılarındandır.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Adəm övladının seyyididir. Hədisdə qeyd olunanlar isə onun təvazökarlıqdan irəli gəlir və insanların bu işdə həddi aşmalarından qorxulduğu üçündür.