Məndən bir ayə olsa belə insanlara çatdırın. İsrail oğullarından da danışın, bunda bir qəbahət yoxdur. Kim mənim adımdan qəsdən yalan danışarsa, Cəhənnəmdə yerini hazırlasın

Məndən bir ayə olsa belə insanlara çatdırın. İsrail oğullarından da danışın, bunda bir qəbahət yoxdur. Kim mənim adımdan qəsdən yalan danışarsa, Cəhənnəmdə yerini hazırlasın

Abdullah ibn Amr ibn As -Allah ondan və atasından razı olsun- rəvayət edir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Məndən bir ayə olsa belə insanlara çatdırın. İsrail oğullarından da danışın, bunda bir qəbahət yoxdur. Kim mənim adımdan qəsdən yalan danışarsa, Cəhənnəmdə yerini hazırlasın".

[Sahih/Authentic.] [Al-Bukhari]

الشرح

Peyğəmbər -salləllahu aleyhi va səlləm- bizə Kitab və sünnədən olan elmin insanlara çatdırılmasını əmr etmişdir. Hətta çatdırılan elm Qurandan bir ayə və ya bir hədis olsa belə. Lakin bu çatdırdığı və dəvət etdiyi şey barədə elmli olması şərtdir. Sonra Peyğəmbər -salləllahu aleyhi va səlləm- dinimizə müxalif olmayan İsrail oğullarının başına gələn ibrətamiz qissələrin də danışılmasında bir qəbahət olmadığını açıqlamışdır. Peyğəmbər -salləllahu aleyhi va səlləm- onun adından yalan danışmağı qadağan etmiş və onun adından qəsdən yalan danışan kimsənin Cəhənnəmdə özünə yer hazırladığını bəyan etmişdir.

فوائد الحديث

Hədisdə Allahın dinini təbliğ etmək və bir insanın az olsa belə əzbərlədiyi və ya anladığı bir şeyi insanlara çatdırılması təşviq edilmişdir.

Uca Allaha ibadət etmək və həmçinin Onun şəriətini doğru bir şəkildə təbliğ etmək üçün şəri elmin öyrənilməsi vacibdir.

Şiddətli əzaba məruz qalmamaq üçün hər hansı bir hədisi yayıb təbliğ etmədən öncə həmin hədisin səhihliyini dəqiqləşdirmək vacibdir.

Hədisdə, xüsusən də Uca Allahın şəriətində yalana düşməmək üçün danışan zaman doğru sözlü və təmkinli olmağa təşviq vardır.