إعدادات العرض
Qohum-əqrəbasının yaxşılıq etməsinə eynisiylə cavab verən insan heç də qohumluq əlaqələrini birləşdirən kimsə deyildir. Qohumluq əlaqələrini birləşdirən kimsə, qohumları onunla əlaqəni kəsdikləri zaman onlarla əlaqə saxlayıb bu əlaqəni birləşdirən kimsədir
Qohum-əqrəbasının yaxşılıq etməsinə eynisiylə cavab verən insan heç də qohumluq əlaqələrini birləşdirən kimsə deyildir. Qohumluq əlaqələrini birləşdirən kimsə, qohumları onunla əlaqəni kəsdikləri zaman onlarla əlaqə saxlayıb bu əlaqəni birləşdirən kimsədir
Abdullah ibn Amr -Allah ondan və atasından razı olsun- rəvayət edir ki, Peyğəmbər -sallallahu aleyhi va səlləm- belə demişdir: "Qohum-əqrəbasının yaxşılıq etməsinə eynisiylə cavab verən insan heç də qohumluq əlaqələrini birləşdirən kimsə deyildir. Qohumluq əlaqələrini birləşdirən kimsə, qohumları onunla əlaqəni kəsdikləri zaman onlarla əlaqə saxlayıb bu əlaqəni birləşdirən kimsədir".
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt සිංහල ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം မြန်မာ Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands తెలుగు Kiswahili தமிழ் ไทย دری Български Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda тоҷикӣ O‘zbek Akan नेपाली Moore Wolof Oromoo Soomaali Українська km bm rn ქართული Македонски Српски Lingalaالشرح
Peyğəmbər -sallallahu aleyhi va səlləm- bu hədisdə bizə xəbər verir ki, qohum-əqrəba əlaqələrini birləşdirmədə və qohum-əqrəbaya yaxşılıq etmədə mükəmməl insan, heç də yaxşılığa yaxşılıqla qarşılıq verən insan deyildir. əksinə, qohum-əqrəba əlaqələrini həqiqi mənada birləşdirən insan, qohumları onunla əlaqəni kəsdikləri, hətta ona pislik etdikləri zaman belə qohum-əqrəbalarına yaxşılıq etməyə davam edən insandır.فوائد الحديث
Şəriətin dəyər verdiyi qohumluq əlaqələri heç də sadəcə qarşılıqlı yaxşılıq etmək və mükafat verməklə deyil, əksinə səninlə qohumluq əlaqələrini kəsən kimsələrlə qohumluq əlaqələrini kəsməməyin, sənə zülm edənləri bağışlamağın, pislik edən kimsələrə yaxşılıq etməyinlə olur.
Qohumluq əlaqələrini birləşdirmək, mümkün olduğu qədər onlara maddi yardım göstərmək, onlar üçün dua etmək, yaxşılığı əmr edib pislikdən çəkindirmək kimi şeylərlə və həmçinin imkan daxilində xoşagəlməz şeyləri onlardan uzaqlaşdırmaqla olur.
التصنيفات
Müsəlman cəmiyyəti