إعدادات العرض
Qiyamət günü möminin tərəzisində gözəl əxlaqdan daha ağır gələcək başqa bir şey yoxdur. Həqiqətən Uca Allah, əxlaqsız və çirkin söz (və davranış) sahiblərinə nifrət edir
Qiyamət günü möminin tərəzisində gözəl əxlaqdan daha ağır gələcək başqa bir şey yoxdur. Həqiqətən Uca Allah, əxlaqsız və çirkin söz (və davranış) sahiblərinə nifrət edir
Əbu Dərda (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir. «Qiyamət günü möminin tərəzisində gözəl əxlaqdan daha ağır gələcək başqa bir şey yoxdur. Həqiqətən Uca Allah, əxlaqsız və çirkin söz (və davranış) sahiblərinə nifrət edir».
[Səhih] [Əbu Davud, Ət-Tirmizi rəvayət etdilər]
الترجمة
العربية Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Português සිංහල Svenska ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە Tiếng Việt Kiswahili پښتو অসমীয়া دری Кыргызча or Malagasy नेपाली Čeština Oromoo Română Nederlands Soomaali తెలుగు മലയാളം ไทย Српски Kinyarwanda ಕನ್ನಡ Lietuvių Wolof Українська ქართული Moore Magyar Shqip Македонскиالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Qiyamət günü möminin tərəzisində, əməl və sözlərdən ən ağır gələcək şeyin gözəl əxlaq olduğunu bildirmişdir. Bu da gülər üzlü olmaq, başqalarına əziyyət verməmək və yaxşılıq etməklə olur. Uca Allah əməllərində və sözlərində çirkin olana, dili ilə ədəbsiz söz danışanlara nifrət edir.فوائد الحديث
Gözəl əxlaqın fəziləti, çünki o sahibinə Allahın və Onun qullarının sevgisini qazandırır və (gözəl əxlaq) qiyamət günü tərəzidə çəkiləcək ən böyük şeydir.