إعدادات العرض
Kim əhd verilən birini öldürərsə, Cənnətin iyini almaz. Halbuki onun iyi qırx illik məsafədən hiss edilir
Kim əhd verilən birini öldürərsə, Cənnətin iyini almaz. Halbuki onun iyi qırx illik məsafədən hiss edilir
Abdullah bin Amr bin As (Allah hər ikisindən razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Kim əhd verilən birini öldürərsə, Cənnətin iyini almaz. Halbuki onun iyi qırx illik məsafədən hiss edilir".
الترجمة
العربية Bosanski English فارسی Français Русский हिन्दी Bahasa Indonesia 中文 বাংলা اردو Español Kurdî Português മലയാളം తెలుగు Kiswahili தமிழ் සිංහල မြန်မာ ไทย 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە Türkçe Hausa دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली Italiano or ಕನ್ನಡ Oromoo Română Soomaali Српски Wolof Українська Tagalog Moore Malagasy ქართული Magyarالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etmişdir ki, kim müahidi -müahid, müsəlman ölkəsinə əhd və əmin-əman içində daxil olmasına izin verilən kafirdir- öldürərsə, onu öldürən kimsə Cənnətin iyini belə hiss etməyəcəyək. Halbuki onun iyi qırx illik məsafədən hiss edilir.فوائد الحديث
Müahidi, zimmi və müstəmən olan kafirlərin öldürülməsi haramdır və böyük günahlardan biridir.
Müahid: Kafirlərdən olub özündən əhd alınan, ölkəsində yaşayıb müsəlmanlara qarşı döyüşməyən və müsəlmanların da onunla döyüşmədikləri kimsədir.
Zimmi: Müsəlman diyarında yaşayıb cizyə ödəyən kafirdir.
Müstəmən: Müəyyən bir vaxta qədər müsəlman diyarına əmin-aman girməsinə izin verilən kafirdir.
Qeyri-müsəlmanlarla bağlanan əhdlərə xəyanət edilməsi qadağan edilmişdir.
التصنيفات
Zimmə əhlinin əhkamları