Yaz, nəfsim əlində olan Allaha and olsun ki, bu ağızdan haqqdan başqa bir şey çıxmaz

Yaz, nəfsim əlində olan Allaha and olsun ki, bu ağızdan haqqdan başqa bir şey çıxmaz

Abdullah bin Amrdan (Allah ondan və atasından razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) eşitdiyim, yadda saxlamaq istədiyim hər şeyi yazırdım. Qureyş mənə yazmağımı qadağan edib və belə dedi: Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) eşitdiyin hər şeyi yazırsanmı?! Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) də bir bəşərdir, sakit və qəzəbli anında danışır. Mən də yazmağı saxladım. Sonra bunu Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verdim. O, barmağı ilə ağzına işarə edərək belə buyurdu: «Yaz, nəfsim əlində olan Allaha and olsun ki, bu ağızdan haqqdan başqa bir şey çıxmaz».

[Səhih] [Əbu Davud rəvayət etdi]

الشرح

Abdullah bin Amr (Allah ondan razı olsun) belə demişdir: Mən Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) eşitdiyim hər şeyi yazırdım ki, yazdıqlarımı asan əzbərləyim. Qureyşdən olan bəzi kəslər bunu etməyi mənə qadağan etdi: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir bəşərdir, sakit olan anında da danışır, qəzəbli olan anında da, bəlkə xəta edə bilər- dedilər. Onların bu sözündən sanra mən də yazmağı tərk edim. Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) onların mənə dediklərini xəbər verdiyimdə, o, barmağı ilə ağzına işarə edərək belə dedi: Yaz, nəfsim əlində olan Allaha and olsun ki, hər bir halda, sakit olduğumda da, qəzəbli olduğumda da ağzımdan yalnız haqq söz çıxar. Uca Allah, Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) haqqında belə buyurmuşdur: {O, havadan (istədiyini) danışmaz, Bu (Quran), ona nazil edilən bir vəhydir}. [Nəcm surəsi: 3-4].

فوائد الحديث

Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) istər sakit halda olsun, istərsə də ki, qəzəbli halda olsun, Uca Allahdan təbliğ etdiyi şeylərdə məsumdur.

Səhabələrin (Allah onlardan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnəsini əzbərləməyə və təbliğ etməyə həris olmaları.

Hər hansı bir işi təkid etmək kimi məsləhət olduğunda and içmək tələb olunmasa belə and içməyin icazəli olması.

Elmin qorunmasındakı ən böyük səbəblərdən biri də elmin yazılmasıdır.

التصنيفات

Sünənin əhəmiyyəti və onun İslamda yeri, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsinin yazıllması, Peyğəmbərimiz Muhamməd (sallallahu aleyhi və səlləm)