إعدادات العرض
Ayaqyoluna getdiyiniz zaman üzünüzü və arxanızı qibləyə tərəf çevirməyin, əksinə, şərqə və ya qərbə tərəf çevirin.”
Ayaqyoluna getdiyiniz zaman üzünüzü və arxanızı qibləyə tərəf çevirməyin, əksinə, şərqə və ya qərbə tərəf çevirin.”
Əbu Əyyub Əl-Ənsaridən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: Ayaqyoluna getdiyiniz zaman üzünüzü və arxanızı qibləyə tərəf çevirməyin, əksinə, şərqə və ya qərbə tərəf çevirin.” Əbu Əyyub dedi: “Şama gəldik və tualetlərin qibləyə tərəf tikildiyini gördük və buna görə başqa tərəfə çevrilərdik və Uca Allahdan bağışlanma diləyərdik.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी සිංහල ئۇيغۇرچە Hausa Português Kurdî Kiswahili دری অসমীয়া ไทย Tiếng Việt አማርኛ Svenska Yorùbá Кыргызча ગુજરાતી नेपाली Oromoo മലയാളം Română Nederlands Soomaali پښتو తెలుగు Kinyarwanda ಕನ್ನಡ Malagasy Српски Moore ქართული Українська Čeština Magyar Македонски Lietuviųالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) kiçik və ya böyük ehtiyacını ödəmək istəyən hər kəsə üzünü qibləyə və Kəbəyə tərəf yönəltməyi və həmçinin ona arxa çevirməyi qadağan etmişdir. Əksinə, əgər onun qibləsi Mədinə əhlinin qibləsi kimi olarsa, o, şərqə və ya qərbə tərəf dönməlidir. Sonra Əbu Əyyub (Allah ondan razı olsun) xəbər verdi ki, onlar Şama gəldikdə, ehtiyaclarını ödəmək üçün hazırlanmış tualetlərin Kəbəyə tərəf tikildiyini gördülər. Buna görə onlar bədənlərini qiblədən digər tərəfə çevirərdilər və bununla yanaşı Allahdan bağışlanma da diləyərdilər.فوائد الحديث
Bunda olan hikmət müqəddəs Kəbəyə təzim və ehtiram etməkdir.
Ayaqyolundan (kiçik və böyük ehtiyac ödənilən məkandan) çıxdıqdan sonra bağışlanma diləmək.
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gözəl təlimi (öyrətmək üslubu). Çünki o, haramları qeyd edərkən, icazəli olana da işarə etmişdir.