إعدادات العرض
Evlərinizi qəbirsanlıqlara və mənim qəbrimi də ziyarətgaha çevirməyin, mənə salavat (salallahu aleyhi va səlləm) deyin, siz harada olsanız , dediyiniz salavatlar mənə çatar
Evlərinizi qəbirsanlıqlara və mənim qəbrimi də ziyarətgaha çevirməyin, mənə salavat (salallahu aleyhi va səlləm) deyin, siz harada olsanız , dediyiniz salavatlar mənə çatar
Əbu Hureyrə -Allah ondan razı olsun- rəvayət edir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir: "Evlərinizi qəbirsanlıqlara və mənim qəbrimi də ziyarətgaha çevirməyin, mənə salavat (salallahu aleyhi va səlləm) deyin, siz harada olsanız , dediyiniz salavatlar mənə çatar".
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands සිංහල தமிழ் ไทย دری Akan Български Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy नेपाली or Română Kinyarwanda тоҷикӣ O‘zbek Moore Wolof Oromoo Soomaali Українська bm km rn Српски ქართული mk lnالشرح
Peyğəmbər -salləllahu aleyhi va səlləm- evlərdə namaz qılmağı tərk edib oranı qəbirsanlıqlar kimi namaz qılınmayan yerə çevirməyi qadağan etmişdir. Peyğəmbər -salləllahu aleyhi va səlləm- həmçinin öz qəbrini adət halına salınaraq təkrar-təkrar ziyarət etməyi və qəbri yanında toplanmağı qadağan etmişdir, çünki bu şirkə bir vəsilədir. Peyğəmbər -salləllahu aleyhi va səlləm- müsəlman kimsəyə yer kürəsinin hansı tərəfində olmasından asılı olmayaraq, ona salavat deməyi əmr etmişdir, çünki deyilən salavatlar insanın yaxın və ya uzaq olmasından asılı olmayaraq ona eyni səviyyədə çatır.Məhz buna görə də onun qəbrini təkrar-təkrar ziyarət etməyə ehtiyac yoxdur.فوائد الحديث
Evlərdə Allaha ibadət etməməyin qadağan olunması.
Peyğəmbərin -salləllahu aleyhi va səlləm- qəbrini ziyarət etmək üçün səfərə çıxmaq qadağan olunmuşdur. Çünki Peyğəmbər -salləllahu aleyhi va səlləm- ona salavat deməyi əmr etmiş və harada olmasından asılı olmayaraq, deyilən salavatın ona çatacağını xəbər vermişdir. Ancaq Peyğəmbərin -salləllahu aleyhi va səlləm- məscidini ziyarət etmək və orada namaz qılmaq məqsədi ilə səfərə çıxıla bilər.
Peyğəmbərin -salləllahu aleyhi va səlləm- qəbrinin müəyyən zamanlarda xüsusu bir qaydada təkrar-təkrar ziyarət edilərək bayram yerinə çevirməyin və həmçinin bu qaydada digər qəbirləri də ziyarət etməyin haram olması.
Peyğəmbər -salləllahu aleyhi va səlləm- Rəbbi yanında hörmət sahibidir. Elə buna görə də Uca Allah Peyğəmbərə -salləllahu aleyhi va səlləm- hər bir zamanda və hər bir məkanda salavat deməyi dinin ayinlərindən etmişdir.
Belə ki,qəbirlər yanında namaz qılmağın qadağan olması səhabələr tərəfindən qəbul olunmuşdur. Buna görə Peyğəmbər -salləllahu aleyhi va səlləm- qəbirsanlıqlarda namaz qılınmadığı kimi evlərin də o hala gətirilməsini qadağan etmişdir.
التصنيفات
Saleh əməllərin fəziləti