Cəbrayıl mənə qonşu haqqında o qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini zənn etdim

Cəbrayıl mənə qonşu haqqında o qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini zənn etdim

İbn Ömərdən (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir: "Cəbrayıl mənə qonşu haqqında o qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini zənn etdim."

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Cəbrayıl israrla, təkrar-təkrar ona qonşuya diqqət göstərməyi əmr etdi. Evi yaxın olan qonşu, müsəlman və ya kafir, insana qohum olub-olmamasından asılı olmayaraq, haqqının qorunmasını, ona əziyyət verməməsini, ona qarşı xeyirxahlıq göstərməsini, əziyyətinə səbr etməsini tövsiyə etdi. Qonşu haqqının belə böyük olduğundan və Cəbrayılın bunu təkrar-təkrar xatırlatmasından Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanın ölümündən sonra tərk etdiyi əmlakından qonşusuna da verməli olduğu haqda vəhyin enəcəyini zənn etdi.

فوائد الحديث

Qonşu haqqının möhtəşəmliyi və buna riayət etməyin vacibliyi.

Qonşu haqqını israrla tövsiyə etməsi, ona hörməti, sevgini, xeyirxahlıq etməyi, ondan zərəri uzaqlaşdırmağı, xəstəliyində onu ziyarət etməyi, sevincli halında onu təbrik etməyi, müsibətə uğradıqda başsağlığı verməyi gərəkdirir.

Qonşunun qapısı nə qədər yaxındırsa, haqqı o qədər böyükdür.

Qonşuya xeyirxahlıq etmək, ondan zərəri dəf etmək kimi əməllərin cəmiyyətin islahında rol oynaması , bu şəriətin kamilliyinin göstəricisidir

التصنيفات

Sülh və qonşuluq hökmləri