إعدادات العرض
Bir insana din qardaşını üç gecədən artıq tərk edərək küsülü qalması caiz deyildir, onlar görüşdükdə birisi digərindən üz çevirər, digəri də bunu təkrar edər. Sözsüz ki, onların ən xeyirlisi birinci salamlaşandır
Bir insana din qardaşını üç gecədən artıq tərk edərək küsülü qalması caiz deyildir, onlar görüşdükdə birisi digərindən üz çevirər, digəri də bunu təkrar edər. Sözsüz ki, onların ən xeyirlisi birinci salamlaşandır
Əbu Əyyub Əl- Ənsaridən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Bir insana din qardaşını üç gecədən artıq tərk edərək küsülü qalması caiz deyildir, onlar görüşdükdə birisi digərindən üz çevirər, digəri də bunu təkrar edər. Sözsüz ki, onların ən xeyirlisi birinci salamlaşandır."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە සිංහල ไทย دری Fulfulde Magyar ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски O‘zbek Moore नेपाली Oromoo Wolof Soomaali Български Українська ქართული тоҷикӣ bm Malagasy Македонскиالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) müsəlmanın din qardaşını üç gecədən artıq tərk edərək küsülü qalmasını, üz-üzə gəldikdə ona salam verməyərək danışdırmamasını qadağan etmişdir. Bu iki küsülü kəsin ən xeyirlisi, aranı düzəltməyə çalışan, önə keçib birinci salam verəndir. Burda "hicr", yəni tərk etmək sözündə məqsəd, nəfsi üçün hicr etməyə aiddir. Amma Allah rizası üçün günahkarları, bidət əhlini, əxlaq cəhətdən pis yoldaşları tərk etmək, bu müəyyən bir vaxtla məhdudlaşmır, çünki bu növ insanları tərk etmək ümumi xeyir və fayda üçündür və islah olunduqca onlara qarşı tətbiq olunan hicr də aradan qaldırılır.فوائد الحديث
İnsan təbiətini nəzərə alaraq üç və daha az vaxt küsülü qalmağa icazə verilmişdir, və üç gün ərzində tərk etmə qəlblərdə baş verən bu inciklik və sıxıntının aradan qalxması üçündür.
Salam verməyin fəziləti, çünki o, nəfslərdə olan kin-küdurəti aradan qaldırır və eyni zamanda bu, sevgi və mehribançılığın bir əlamətidir
İslamın qardaşlığa və müsəlmanlar arasında birliyə çağırışı.