إعدادات العرض
Kim (qiyamət günü) Allahın hüzuruna heç bir şeyi Ona şərik qoşmadan çıxarsa, Cənnətə girər. Kim də Ona şərik qoşaraq çıxarsa, Cəhənnəmə girər
Kim (qiyamət günü) Allahın hüzuruna heç bir şeyi Ona şərik qoşmadan çıxarsa, Cənnətə girər. Kim də Ona şərik qoşaraq çıxarsa, Cəhənnəmə girər
Cabir bin Abdullah -Allah ondan və atasından razı olsun- rəvayət edir ki, mən Allah Rəsulunun -salləllahu aleyhi va səlləm- belə dediyini eşitdim: "Kim (qiyamət günü) Allahın hüzuruna heç bir şeyi Ona şərik qoşmadan çıxarsa, Cənnətə girər. Kim də Ona şərik qoşaraq çıxarsa, Cəhənnəmə girər".
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Türkçe اردو 中文 हिन्दी Tagalog ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Русский Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands සිංහල ไทย دری Български Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda тоҷикӣ O‘zbek Akan नेपाली Moore Wolof Oromoo Soomaali Українська bm km rn ქართული mk Српски lnالشرح
Peyğəmbər -sallallahu aleyhi va səlləm- bu hədisdə bizə, bəzi günahlardan dolayı əzab görsə belə şərik qoşmadan ölən bir kimsənin gedəcəyi yerin Cənnət olacağını, Allaha şərik qoşaraq ölən bir kimsənin isə Cəhənnəmdə əbədi qalacağını xəbər vermişdir.فوائد الحديث
Tövhidin fəzilətinin bəyanı. Tövhid, insanı Cəhənnəmdə əbədi qalmaqdan xilas edən səbəbdir.
Cənnət və Cəhənnəmin qula yaxın olması. Qul ilə bu ikisi arasında sadəcə ölüm vardır.
Şirkin böyüyündən və kiçiyindən çəkinmək. Çünki Cəhənnəmdən qurtuluş yalnız şirkdən uzaq durmaqla mümkündür.
Əməllər son halına görə dəyərləndirilir.