إعدادات العرض
Cəhənnəm şəhvətlərlə(nəfsə xoş gələn şeylərlə), Cənnət isə nəfsin istəmədiyi şeylərlə əhatə edilmişdir
Cəhənnəm şəhvətlərlə(nəfsə xoş gələn şeylərlə), Cənnət isə nəfsin istəmədiyi şeylərlə əhatə edilmişdir
Əbu Hureyradən -Allah ondan razı olsun- rəvayət edildiyinə görə, Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur: "Cəhənnəm şəhvətlərlə(nəfsə xoş gələn şeylərlə), Cənnət isə nəfsin istəmədiyi şeylərlə əhatə edilmişdir".
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt සිංහල ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം မြန်မာ Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands తెలుగు Kiswahili தமிழ் ไทย دری Български Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda тоҷикӣ O‘zbek Akan नेपाली Moore Wolof Oromoo Soomaali Українська bm km rn ქართული Македонски Српскиالشرح
Peyğəmbər -salləllahu aleyhi va səlləm- Cəhənnəmin haramları etmək və fərzlərə laqeyd və səhlənkar yanaşmaq kimi nəfsin arzuladığı şeylər ilə əhatə edildiyini xəbər vermişdir. Kim nəfsinin istəklərinə uyarsa, Cəhənnəmə layiq olar. Cənnət isə əmr edilənləri yerinə yetirməyə səbr etmək, haramları tərk edib bunda qərarlı olmaq kimi nəfsin xoş görmədiyi şeylər ilə əhatə edilmişdir. Kim bu çətin yolları aşar və bu işdə nəfsi ilə mücadələ edərsə,Cənnətə daxil olmağa layiq olar.فوائد الحديث
İnsanı şəhvətinin arxasınca sürükləyən səbəblərdən biri də şeytanın insana şər və çirkin şeyləri gözəl göstərməsidir. Beləcə, nəfs onu gözəl görür və ona meyil edir.
Hədisdə nəfsə xoş gələn haramlardan uzaq durmaq əmr edilmişdir. Çünki bu, Cəhənnəmə aparan yoldur. Həmçinin nəfsə xoş gəlməyən şeylərə də səbr etmək əmr edilmişdir.Çünki bu da Cənnətə aparan yoldur.
Hədisdə nəfslə mücadilə etməyin, ibadətlərə həris olmağın, nəfsin xoşlamadığı şeylərə və itaətləri əhatə edən çətinliklərə səbr etməyin fəziləti bəyan edilmişdir.
التصنيفات
Cənnət və Cəhənnəmin vəsfləri