Şübhəsiz ki, Allahın sərvətini haqsız yerə istifadə edənlərə Qiyamət günü cəhənnəm əzabı var

Şübhəsiz ki, Allahın sərvətini haqsız yerə istifadə edənlərə Qiyamət günü cəhənnəm əzabı var

Xovlə Əl-Ənsaridən (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edildir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Şübhəsiz ki, Allahın sərvətini haqsız yerə istifadə edənlərə Qiyamət günü cəhənnəm əzabı var."

[Səhih] [Əl-Buxari rəvayət etdi]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) müsəlmanların varını, sərvətini batil yolla xərcləyən, haqsız yerə əldə edənlər haqqında xəbər verir. Burada maliyyə vəsaitinin qanunsuz toplanması, onun saxta yolla əldə edilməsi, düzgün xərclənməməsi barədə ümumi mənanı açıqlayır. Bura həmçinin yetimlərə, vəqfə ayrılan maliyyə vəsaitlərini batil yolla mənimsəmək, (onlara həvalə edilən) əmanətə xəyanət etmək, haqqı olmadığı halda ümumi maliyyə və əmlak sərvətlərindən şəriətə zidd olaraq götürmək də daxildir. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Qiyamət günü onların cəzası cəhənnəmdir.

فوائد الحديث

İnsanların əlində olan var-dövlət Allahın sərvətidir. O bu sərvəti qullarına batil xərclərdən çəkinərək , şəriətlə icazəli üsullarla istifadə etməsi üçün vermişdir. Bu, həm rəhbərlərə, həm də sıravi insanlara aiddir.

Şəriətin ümumi mal-dövlət barədə şiddətlə göstərdiyi önəm. Kim mal-dövlətə sahib olarsa, Qiyamət günü bu sərvətin əldə edilməsinə və istifadəsinə görə sorğu sual edilər.

Bu xəbərdarlığa-istər öz sərvətini, istərsə də başqasının var dövlətini qeyri-şərii üsullarla istifadə edənlər daxildir.

التصنيفات

Fəzilətli əməllər və ədəb-ərkanlar, Dünyanı sevməyin məzəmmət edilməsi