إعدادات العرض
Asanlaşdırın, çətinləşdirməyin, sevindirin, hürküdüb qaçırtmayın
Asanlaşdırın, çətinləşdirməyin, sevindirin, hürküdüb qaçırtmayın
Ənəs bin Məlikdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Asanlaşdırın, çətinləşdirməyin, sevindirin, hürküdüb qaçırtmayın".
[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी සිංහල ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు မြန်မာ ไทย Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands Kiswahili தமிழ் دری Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda नेपाली Српски Soomaali Moore Українська Български Wolofالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) insanlara Allahın icazə verdiyi və şəriət buyurduğu hüdudlar daxilində bütün din və dünya işlərində yüngülləşdirməyi, asanlaşdırmağı, çətinləşdirməməyi əmr etmişdir. Xeyir işlərdə insanları müjdələməyə, sevindirməyə və hürküdməməyə, xeyirdən uzaqlaşdırmamağa çağırır.فوائد الحديث
Mömin Allahı insanlara sevdirməli və onları xeyir işlər görməyə təşviq etməlidir.
Allahın yoluna dəvət edən insan, İslam dəvətini insanlara çatdıracağı üsluba hikmətlə yanaşmalıdır.
Dəvətçinin insanlara təqdim etdiyi müjdə onlarda sevinc, rahatlıq, maraq doğurur.
Çətinlik isə dəvətçinin sözlərində şübhə, nifrət və üz çevirmə doğurur.
Allahın rəhmətinin qullarına genişliyi, onlara rahat din və asan şəriət nəsib etmişdir.
Asanlaşdırmaq şəriətlə əmr edilmişdir.
التصنيفات
Gözəl əxlaq