“Kim yalan olduğunu zənn edilən bir hədisi mənim adımdan danışarsa, o, yalançılardan biridir”

“Kim yalan olduğunu zənn edilən bir hədisi mənim adımdan danışarsa, o, yalançılardan biridir”

Səmurə ibn Cundub və Muğirə ibn Şubədən- radiyallahu anhumə-belə söylədikləri rəvayət edilir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Kim yalan olduğunu zənn edilən bir hədisi mənim adımdan danışarsa, o, yalançılardan biridir”.

[Səhih]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, hər kim yalan olduğunu bilərək və ya zənn edərək və ya güman edərək onun adından hədis nəql edərsə, bu nəql edən kəs yalanı ilk olaraq çıxarana şərik olar.

فوائد الحديث

Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) rəvayət olunan hədisləri, onları nəql etməzdən əvvəl dəqiqləşdirmək və onların səhihliyinə əmin olmaq lazımdır.

Yalan sifəti yalanı uyduran, onu nəql edən və insanlar arasında yayan hər kəsə şamil edilir.

Uydurulmuş hədisin uydurma olduğunu bilən və ya uydurma olduğunu güman edən şəxsə- həmin hədis haqqında xəbərdarlıq etmək istisna olmaqla-onu nəql etmək qadağandır.

التصنيفات

Sünənin əhəmiyyəti və onun İslamda yeri, Pis əxlaq