Biz, Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) çətinlikdə və rahatlığda, sevincli və kədərli anlarda, başqaları bizdən üstün tutulduğu zamanlarda əmr sahiblərini dinləyib itaət etməyə

Biz, Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) çətinlikdə və rahatlığda, sevincli və kədərli anlarda, başqaları bizdən üstün tutulduğu zamanlarda əmr sahiblərini dinləyib itaət etməyə

Ubadə bin əs-Samitdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: "Biz, Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) çətinlikdə və rahatlığda, sevincli və kədərli anlarda, başqaları bizdən üstün tutulduğu zamanlarda əmr sahiblərini dinləyib itaət etməyə, onların işlərinə qarışmamağa, harada olmağımızdan aslı olmayaraq haqqı deyəcəyimizə və Allah üçün heç bir qınayanın qınağından qorxmayacağımıza dair beyət etdik".

[Səhih] [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrdən onların: rahatlıq, çətinlik, zənginlik və yoxsulluq zamanlarında əmr sahiblərinə itaət etmələrinə dair əhd almışdır. Əmr sahiblərinə, əmr etdikləri şeylər nəfsə xoş gəlib və ya gəlməməsindən aslı olmayaraq, ümumi malı, vəzifəni və ya buna oxşar başqa hər hansı bir şeyi insanlara verməyib, öz rifahlarını düşünüb, xalqı bundan məhrum etsələr belə, haram olan şeylər istisna olmaqla, onları dinləyib itaət etmək və onlara qarşı çıxmamaq vacibdir. Çünki onlara qarşı çıxmaqda olan fitnə-fəsad, onların etdikləri zülümdəki fitnə-fəsaddan daha böyükdür. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrdən aldığı əhd-peyman arasında, onların harada olursa olsun haqqı söyləyəcəklərinə və Allah üçün heç bir qınayanın qınağından qorxmayacaqları da vardır.

فوائد الحديث

Müsləmanların əmr sahiblərini dinləyib onlara itaat etmələrinin səmərəsi, sözlərinin bir olması və özlərini firqələrə bölünməkdən qorumalarıdır.

Allaha asi olmayan xüsuslarda əmr sahiblərinə: rahatlıqda, çətinlikdə, sevincli və kədərli anlarda, hətta öz rahatlığını düşünüb xalqın qeydinə qalmasalar belə onları dinləyib itaət etməyin vacib olması.

Allah üçün heç bir qınayının qınağından qorxmadan, harada olmasından aslı olmayaraq haqq sözü söyləməyin vacib olması.

التصنيفات

Şəri siyasət, İmama qarşı çıxmaq