Ümmətimdən hər kəs cənnətə daxil olacaq, ondan üz çevirənlərdən başqa

Ümmətimdən hər kəs cənnətə daxil olacaq, ondan üz çevirənlərdən başqa

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Ümmətimdən hər kəs cənnətə daxil olacaq, ondan üz çevirənlərdən başqa", Soruşdular: Ey Allahın Rəsulu, kim ondan üz çevirər? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:" Kim mənə itaət edərsə, cənnətə daxil olar, kim mənə asilik edərsə, (cənnətdən) üz çevirmiş olar."

[Səhih] [Əl-Buxari rəvayət etdi]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, ümmətindən cənnəti istəməyəndən başqa hər kəs ora daxil olacaq. Sahabələr (Allah onlardan razı olsun) dedilər: "Ey Allahın Rəsulu kim cənnəti istəməz ki?" Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) cavab verdi ki, mənə boyun əyib, tabe olan və itaət edən kəs cənnətə daxil olar, lakin mənə qarşı çıxıb, şəriətin əmr və qadağalarına əməl etməyən, pis əməlləriylə cənnətdən imtina etmiş olur.

فوائد الحديث

Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) itaət, uca Allaha itaətdəndir, ona qarşı üsyan Allaha üsyandandır.

Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) itaət etmək cənnəti vacib edir, ona üsyan cəhənnəmə daxil olmağı vacib edir.

Bu ümmətdən itaət edənlərin müjdələnməsi, belə ki, Allaha və Rəsuluna üsyan edənlərdən başqa, onların hamısı cənnətə daxil olacaqlar.

Allah rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) ümmətinə olan şəfqəti və onların hidayətinə olan hərisliyi.

التصنيفات

Peyğəmbərimiz Muhamməd (sallallahu aleyhi və səlləm)