إعدادات العرض
mən Sad bin Bəkr qəbiləsindən olan Dımam bin Sələbəyəm
mən Sad bin Bəkr qəbiləsindən olan Dımam bin Sələbəyəm
Ənəs bin Məlikdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə belə dedi: Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) məsciddə oturduğumuz əsnada, dəvə üstündə bir kişi gəlib dəvəsini çökdürdükdən sonra bağladı, sonra dedi: Hansınız Muhəmməddir? Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrinın arasında söykənərək əyləşmişdi. Biz də: Bu söykənmiş ağ adam odur" -dedik. Kişi ona dedi: Ey AbdulMuttalibin oğlu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) -"Səni dinləyirəm"- deyə cavab verdi. Kişi Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Səndən, sənə qarşı sərt səslənən məsələ soruşacam, amma qəlbində məndən incimə". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: " Nə istəsən soruş". Kişi dedi: Sənin və səndən öncəkilərin Rəbbinin adına and verirəm, səni bütün insanlara Allahmı göndərdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) da dedi: "Allaha and olsun ki, bəli". Kişi dedi: Allah adına söylə, Allahmı sənə gündüz və gecə ərzində beş vacib namazı qılmağımızı əmr etdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi : "Allaha and olsun ki, bəli". Kişi dedi: Allah üçün söylə, ilin bu ayında oruc tutmağımızı sənə Allahmı əmr etdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Allaha and olsun ki, bəli". Kişi dedi: Allah üçün söylə, bu sədəqəni varlılardan alıb kasıblara paylamağı sənə Allahmı əmr etdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Allaha and olsun ki, bəli". Kişi dedi: Sənin gətirdiyinə iman etdim. Mən arxada qoyduğum qövmümün elçisiyəm, mən Sad bin Bəkr qəbiləsindən olan Dımam bin Sələbəyəm.
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski සිංහල हिन्दी Tiếng Việt Hausa മലയാളം తెలుగు Kiswahili ไทย پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Kurdî Wolof Soomaali Français Oromoo Tagalog Українськаالشرح
Ənəs bin Məlik (Allah ondan razı olsun) xəbər verir ki, sahabələr Allah Rəsulu ilə (Allahın dua və salamı onun üzərinə olsun) məsciddə oturduqları əsnada, dəvə üzərində bir kişi gəlib məscidin qapısında dəvəsini çökdürdü, sonra onu bağladı. Sonra soruşdu: Hansınız Muhəmməddir? Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) qövmünün arasında söykənmiş halda oturmuşdu. Buna görə dedik: Bu söykənmiş ağ adamdır. Kişi ona dedi: Ey AbdulMuttalibin oğlu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun)- Səni dinləyirəm, buyur söylə - deyə cavab verdi. Kişi Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Səndən, bir az sərt məsələlər soruşacam, amma qəlbində məndən incimə". Yəni, mənə qəzəblənmə və sıxılma Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Nə istəyirsən soruş. Kişi dedi: Sənin və səndən öncəkilərin Rəbbi adına, səni bütün insanlara Allahmı göndərdi? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) da doğru söylədiyini vurğulamaq üçün dedi: Allaha and olsun ki, bəli. Kişi dedi: Səni Allaha and verirəm söylə, Allahmı sənə gün və gecə ərzində beş vacib namazı qılmağımızı əmr etdi? Bunlar gündəlik fərz namazlarıdır Dedi: Allaha and olsun ki, bəli. Kişi dedi: Allah üçün söylə, ilin bu ayında- Ramazan ayında oruc tutmağımızı sənə Allahmı əmr etdi? Dedi: Allaha and olsun ki, bəli. Kişi dedi: Allah üçün söylə, bu sədəqəni- zəkatı varlılardan alıb kasıblara paylamağı sənə Allahmı əmr etdi? Dedi: Allaha and olsun ki, bəli. Bundan sonra Dımam müsəlman odu. Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) öz qövmünü İslama dəvət edəcəyini xəbər verdi. Sonra o özünü tanıdıraq Sad bin Bəkr qəbiləsindən olan Dımam bin Sələbə olduğunu bildirdi.فوائد الحديث
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) təvazökarlığı, çünki kişi onu səhabələrindən ayırd edə bilmədi.
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gözəl əxlaqı, sual verənə şəfqətlə cavab verməsi. Suala gözəl cavab vermək İslamın qəbul edilməsi üçün bir səbəbdir.
İnsanın acığına gəlmədiyi halda, onu ağ, qırmızı, uzun, qısa və bu kimi eyb nəzərdə tutulmayan xüsusiyyətlərlə vəsfinin icazəli olması.
Kafirin ehtiyac olduğu halda məscidə daxil olmasının icazəli olması.
Hədisdə həcc qeyd edilmir, ehtimal ki, kişinin gəldiyi zaman həcc ibədəti hələ fərz edilməmişdir.
Sahabələrin insanları dəvət etməyə hərisliyi. Buna görə də bu sahabə müsəlman olan kimi qövmünü İslama dəvət etmək istədi.