إعدادات العرض
Ölüləri söyməyin, çünki onlar artıq dünyada ikən etdikləri əməllərə qovuşublar
Ölüləri söyməyin, çünki onlar artıq dünyada ikən etdikləri əməllərə qovuşublar
Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Ölüləri söyməyin, çünki onlar artıq dünyada ikən etdikləri əməllərə qovuşublar."
[Səhih] [Əl-Buxari rəvayət etdi]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili မြန်မာ Deutsch 日本語 پښتو অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە සිංහල தமிழ் ไทย دری Fulfulde Magyar ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски O‘zbek Moore नेपाली Oromoo Wolof Soomaali Български Українська ქართული тоҷикӣ bm Malagasy Македонскиالشرح
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, ölüləri söymək, onların şərəf-ləyaqətləri barədə nalayiq sözlər demək haram və pis əxlaqdandır, çünki onlar dünyada ikən etdikləri istər saleh, istərsə də pis əməllərə artıq qovuşublar və bu söyüş onlara çatmır, lakin sağ olan insanlara əziyyət verir.فوائد الحديث
Bu hədis ölüləri söyməyin haramlığına dəlalət edir.
Ölüləri söyməyi tərk etməkdə, sağ olanların mənafeyinin hifz edilməsi, cəmiyyətin düşmənçilik və nifrətdən qorunması kimi xeyirlər vardır.
Dünyasını dəyişmiş insanların söyməyin qadağa edilməsinin hikməti budur ki, onlar etdikləri əməllərə qovuşublar və ölüləri söymək heç kimə fayda verməz, əksinə bu ölənin yaxınlarına əziyyət verməkdir.
İnsan xeyir olmayan sözləri dilinə gətirməməlidir.