İşiniz bir adamın üzərində cəm olmuşkən, kim gəlib sizin birliyinizi sındımaq və ya camaatınızı parçalamaq istərsə onu öldürün!

İşiniz bir adamın üzərində cəm olmuşkən, kim gəlib sizin birliyinizi sındımaq və ya camaatınızı parçalamaq istərsə onu öldürün!

Arfəcədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Mən Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "İşiniz bir adamın üzərində cəm olmuşkən, kim gəlib sizin birliyinizi sındımaq və ya camaatınızı parçalamaq istərsə onu öldürün!".

[Səhih] [Muslim rəvayət etdi]

الشرح

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu hədisdə bizə, müsəlmanlar bir hakim və bir camaat ətrafında toplaşdıqları zaman biri gəlib ondan hökmü almaq yaxud müsəlman camaatını bir neçə camaata parçalamaq istəsə, müsəlmanlara, o kişinin şərrini dəf etmək və müsəlmanların qanının tökülməsinə mane olmaq üçün onunla döyüşmələrinin vacib olduğunu bəyan etmişdir.

فوائد الحديث

Allaha asilik olmayan işlərdə müsəlmanların əmr sahiblərinə itaət edib, onların sözünü dinləmələrinin vacib və onlara qarşı çıxalarının isə haram olması.

Kim müsəlmanların imamına və camaatına qarşı çıxarsa, onun insanlar arasında olan məqamının və əsil-nəcabətinin nə qədər üstün olmasından aslı olmayaraq, ona qarşı döyüşməyin vacib olması.

Hədisdə, camaat olmağa, parçalanmamağa və ixtilafa düşməməyə təşviq edilmişdir.

التصنيفات

İmama qarşı çıxmaq