إعدادات العرض
İki müsəlman qılıncla (bir-birini öldürmək üçün) qarşı-qarşıya gəlirsə, öldürən də, ölən də cəhənnəmdədir
İki müsəlman qılıncla (bir-birini öldürmək üçün) qarşı-qarşıya gəlirsə, öldürən də, ölən də cəhənnəmdədir
Əbu Bəkrədən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "İki müsəlman qılıncla (bir-birini öldürmək üçün) qarşı-qarşıya gəlirsə, öldürən də, ölən də cəhənnəmdədir". Dedim: "Ey Allahın Rəsulu, bu qatildir, bəs ölənin günahı nədir? (O niyə cəhənnəmdədir?) Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "O da, müsəlman qardaşını öldürmək istəyirdi."
الترجمة
ar bn bs en es fa fr id ru tl tr ur zh hi ug ku ha pt ml te sw my de ja ps vi as sq sv cs gu yo nl si ta prs ff hu kn ky lt or ro rw sr tg uz mos ne om wo so bg uk bm ka mk el ak km am mgالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, iki müsəlman bir- birini öldürmək üçün qarşılaşdıqda, öldürən kəs əks tərəfi öldürdüyü üçün cəhənnəmdədir. Lakin səhabələr : "Öldürülən necə cəhənnəmdə olur?" deyə heyrətə düşmüşdülər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) də bildirdi ki, o da öz qardaşını öldürməyə cəhd etdiyi üçün cəhənnəmdədir. Onun öldürə bilməməsi, öldürənin daha cəld olduğuna görə rəqibini qabaqlamasına görədir.فوائد الحديث
Günaha əzm və ona aparan səbəbləri edənin əzaba layiq olması.
Müsəlmanlar öz aralarında döyüşməkdən şiddətli şəkildə çəkindirilmiş və Cəhənnəmlə xəbərdarlıq edilmişdirlər.
Müsəlmanların, fəsad törədən və həddi aşanlarla haqlı olaraq döyüşməsi bu xəbərdarlığa aid deyildir.
Böyük günah sahibi bu əməlinə görə küfr etmir, çünki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) öz aralarında döyüşən həmin kəsləri müsəlman adlandırdı.
İki müsəlman hər hansı vasitə ilə bir-birini öldürmək üçün üz-üzə gələrsə, biri digərini öldürərsə, öldürən və ölən də cəhənnəmdədir. Hədisdə qılınc misal olaraq qeyd edilmişdir.