إعدادات العرض
Həqiqətən Allah sizin zahirinizə, var-dövlətinizə yox, qəlblərinizə və əməllərinizə baxar
Həqiqətən Allah sizin zahirinizə, var-dövlətinizə yox, qəlblərinizə və əməllərinizə baxar
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: Həqiqətən Allah sizin zahirinizə, var-dövlətinizə yox, qəlblərinizə və əməllərinizə baxar.
[Səhih] [Muslim rəvayət etdi]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە සිංහල ไทย دری Fulfulde Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy or Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek Moore नेपाली Oromoo Wolof Soomaali Български Українська bm ქართული lnالشرح
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, uca və pak olan Allah qulların zahiri görünüşlərinə və bədənlərinə baxmaz ki, onlar gözəldir və yaxud eyiblidir, böyükdür yoxsa kiçikdir, sağlamdır və yoxsa xəstədir ? Həmçinin onların mal-dövlətinə da baxmaz ki, çoxdur və ya azdır? İzzət və cəlal sahibi olan Allah qullarını bu meyarlara və fərqliliklərə görə hesaba çəkib qınamaz. Əksinə onların qəlblərinə, qəlblərindəki yəqinliyə və təqvaya, səmimiliyə və ixlasa baxar, həmçinin qəlblərindəki riyakarlıq və şan-şöhrət meyillərinə, əmməllərin doğru olub olmamasına baxar. Buna əsasən də mükafat və ya cəza verər.فوائد الحديث
Qəlbin islahı və bütün çirkinliklərdən təmizlənməsinə önəm vermək.
Qəlbin islahı ixlas, əməlin islahı isə Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) tabe olmaqla gerçəkləşir və bunlar uca Allah dərgahında ölçü və meyardır.
İnsan öz var-dövlətinə, zahiri gözəlliyinə, bədəninə, bu dünyada olan heç nəyə aldanmamalıdır.
Daxili islah etmədən, zahirə önəm verməkdən çəkindirmək.