Allahım, hər kim ümmətimin işlərinə rəhbərlik edib, onlara çətinlik yaradarsa, Sən də onun üçün çətinlik yarat. Hər kim də, ümmətimin işlərinə rəhbərlik edib, onlarla yumşaq davranarsa, Sən ona rəhm et

Allahım, hər kim ümmətimin işlərinə rəhbərlik edib, onlara çətinlik yaradarsa, Sən də onun üçün çətinlik yarat. Hər kim də, ümmətimin işlərinə rəhbərlik edib, onlarla yumşaq davranarsa, Sən ona rəhm et

Aişə (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) mənim bu evimdə belə dediyini eşitdim: "Allahım, hər kim ümmətimin işlərinə rəhbərlik edib, onlara çətinlik yaradarsa, Sən də onun üçün çətinlik yarat. Hər kim də, ümmətimin işlərinə rəhbərlik edib, onlarla yumşaq davranarsa, Sən ona rəhm et.

[Səhih] [Muslim rəvayət etdi]

الشرح

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) müsəlmanların böyük və yaxud xırda məsələlərdə işlərinin idarə etməsinə sahiblənən kəsə dua etmişdir. Fərq etməz bu ümumi rəhbərlik olsun və ya xüsusi rəhbərlik olsun, rəhbərlik etdiyi kəslərə çətinlik yaradarsa və onlara qarşı mülayim olmazsa, uca Allah da ona çətinlik yaradar, onun əməlinin növündə ona qarşılıq verər. Kim tabeliyində olan insanlarla yumşaq davranıb, onların işlərini asanlaşdırarsa, Allah da ona lütf edib, işlərini asanlaşdırar.

فوائد الحديث

Müsəlmanların işlərini idarə edən kəsin, ona tabe olan insanlarla yumşaq davranması vacibdir.

Əməlin mükafatı yaxud cəzası,onun növündəndir

Yumşaqlığın və sərtliyin dərəcəsi və meyarı, Quran və sünnətə müxalif olmamalıdır.

التصنيفات

Böyük imamlığın şərtləri, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) şəfqəti